Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

Təcrübəçilərlə görüş

03-04-2019 [ 17:10 ] [ oxunub:412 ]
printerA+ | A-
98903

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna Azərbaycan Dillər Universitetindən və Bakı Avrasiya Universitetindən təcrübəyə gəlmiş tələbələrlə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, fil.e.d. Əlizadə Əsgərli, Təhsil şöbəsinin müdiri fil.f.d Samir Səttarov görüş keçirtdilər. Görüş zamanı təşkilatçılar tələbələrlə tanış oldular, onları institutun direktoru akademik İsa Həbibbəylinin adından salamladıqdan sonra institutun tarixi və hazırda əldə etdiyi nailiyyətlər, ölkəmizin və AMEA-nın rəhbərliyinin hazırda elm və təhsilə göstərdiyi qayğı haqqında geniş məlumat verdilər.

SİZƏ MARAQLI OLA BİLƏR