Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Literary space and realities of Anar - Academician Isa Habibbeyli

14-03-2023 [ 14:35 ] [ read:33 ]
printerA+ | A-
103165

People's writer Anar, one of the main creators of Azerbaijani literature during the period of independence, is an outstanding writer and a well-known public figure with multifaceted creative activities. Anar's responsible and honorable path in the development of our literature and public opinion is organically connected with the destiny of our country and people's independence, and includes all directions from the development of our literature and art to the acquisition and further strengthening of our independent statehood.

One of the most prominent creative intellectuals of our country, the chairman of the Union of Writers, People's Writer Anar is one of the main leaders of the sixties literary movement in Azerbaijani literature. People's writer Anar has made great contributions to the rise of the activities of the sixties in Azerbaijan from the trends of innovation in literature to the level of a literary and social movement. His artistic works, which reflect the idea-aesthetic energy of the literature of the sixties and have original artistry characteristics, as well as the nationwide creative activity he carried out through the magazine "Gobustan" published by him, were exceptionally important in the rise of literary and social processes in our country from the sixties to the status of the sixties movement. . More precisely, Anar was recognized as one of the main creators of new literature in the complex socio-political environment of Soviet-era Azerbaijani literature. Even in the space of the former Soviet Union, together with several well-known writers and poets of the new generation representing the sixties, Anar managed to change the direction of the literary process by becoming a shining example of the sixties. Anar published his profound works in the Azerbaijani literary press as well as in magazines of the former USSR such as "Novy mir", "Drujba narodov", "Yunost", which are widely distributed and read in the world, both in the allied republics and in European countries, at least in the former socialist camp. not only recognized, but even appeared in front of the movement of the sixties.

Undoubtedly, Anar can be compared with the most prominent of the sixties, who emerged as a different literary generation in the sixties of the XX century - Iosif Brodsky, Yevgeny Yevtushenko or Andrey Voznesensky. Even in this comparison, Anar is far ahead in terms of creating real literature. While socio-political pathos and open journalistic protests were in the forefront in the Russian sixties, in Anar the presentation of the futility and collapse of the inner essence of the regime was drawn into the center of attention by depicting the contradictions in society against the background of the description of the ordinariness and depths of life. Thus, Anar and "Gobustan" magazine, without openly criticizing the ideological environment on which that literature is based in the Soviet literature, created a new type of literature that went beyond the principles of the socialist realism creative method and overcame the barriers of this ideological trend, and directed the course of the literary environment towards real people and the realities of real life. He expressed what his contemporaries and like-minded people said in the style of political journalism through real literature.

In the 1960s and 1980s, Anar's works of hard realism broke the ideological ice of the socialist realism method and created a clear model of a new type of literature. The scientific-literary treatise "The Space of Prose" sounded like a manifesto of the literature of the sixties and the new realism literary trend. "The Space of Prose" is a perfect scientific-literary treatise that defines and guides the space and horizons of literature in a broad sense. Without hesitation, many of Anar's works written in the sixties - "Ağ liman", "Sixth floor of a five-story house", "Molla Nasreddin - 66" and other original artistic prose examples can be considered as models of sixties literature outside of Azerbaijan. In this sense, the space covered by "The Space of Prose" attracts attention as a scientific-literary work that defines the space of the literature of the sixties and the horizons of literary and social thought as a whole. This means that Anar attracted attention as one of the main leaders of the new literature that emerged from the sixties of the 20th century.

At that time, Anar has further developed and strengthened the position he gained in the Soviet Union in the literature of the Turkic world and in the literature of the world in general. People's writer Anar is one of the most prominent writers of the modern era.

The "Gobustan" journal, which he managed, served as the ideological and literary headquarters of the literature of the sixties. Anar's works and "Gobustan" journal served as a guide in shaping and guiding the literary generations of the seventies and eighties, who were the successors of the sixties. In this sense, the mission performed by Aleksandr Tvardovsky's journal "Novyi mir" in the preparation of a new literary generation on the scale of the Soviet Union, was carried out by "Gobust" in Azerbaijan" journal. From this point of view, Anar's creative ideals and the literary goal of "Gobustan" magazine complement each other. In a broader sense, the literature of the sixties in Azerbaijani literature can also be called "Gobustan literature". The outstanding statesman Heydar Aliyev described the activities of "Gobustan" magazine as follows. appreciated and said: "For example, I remember "Gobustan" magazine. When it was created, there were so many different actions against it. It's for my sake. Someone came to spread the idea of nationalism. Someone said that he was spreading ideas against our structure, someone was coming from the other side, and someone was coming from this side. I used to take and look at this "Gobustan" magazine, and I saw that there is not what they say here, but there are many things that are necessary for us. That's why "Gobustan" magazine lived. Today, I am happy to say that "Gobustan" magazine did great things at that time. "Gobustan's role in this process of our national revival, national awakening, and national self-promotion has been very great."

People's writer Anar wrote works of art in all literary genres and achieved success. In terms of using literary types and genres, Anar is one of the most universal writers in Azerbaijani literature. Also, in the example of Anar, since universality and professionalism complement each other at a high level, he has reached the status of a writer and an artist in the big sense of the word. However, Anar gained fame above all as a prose writer. In the second half of the 20th century and the era of independence, the masterpieces of Azerbaijani artistic prose were written by Anar.

"Molla Nəsrəddin - 66" satirik hekayələri klassik mollanəsrəddinçi ədəbi ənənənin yeni tarixi şəraitindəki fərqli bir təzahürüdür. "Molla Nəsrəddin - 66" hekayələr silsiləsi yeni tarixi mərhələdə Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" satira ənənələrinin yaradıcı şəkildə davam etdirilməsi demək idi. Anar "Molla Nəsrəddin - 66" silsiləsi ilə Azərbaycan satirik nəsrini "Sayların sərgüzəşti", "Zarafatsız", "Gülməşəkər kəndinin sabahı", "Zəncir", "Kəlam qonaqlığı" və sair kimi nadir satiralarla zənginləşdirmişdir. "Molla Nəsrəddin - 86" hekayələr silsiləsi ilə Anar yeni dövrün realist-satirik ədəbiyyatını böyük sənət zirvəsinə qaldırmışdır. Xalq yazıçısının müstəqil hekayələr kimi yazdığı "Yaxşı padşahın nağılı", "Paqonlu kabuslar", "Kim Dali; yaxud yaşasın söz azadlığı", "Muhakkak görüşürüz" kimi hekayələrini də "Molla Nəsrəddin - 86" seriyasına daxil etməkdə klassik mollanəsrəddinçiliyin yeni mərhələsini yaratmışdır. Azərbaycan ədəbiyyatında mollanəsrəddinçiliyin Mirzə Cəlil mərhələsi və Anar dövrü vardır.

Böyük mübahisələrlə qarşılanan məşhur "Anlamaq dərdi" essesi Anarın və ümumən, altmışıncıların ustad kimi qəbul etdikləri Cəlil Məmmədquluzadənin sənət ideallarını fərqli bir traktovkada şərh etməkdən başqa, həm də yeni dövrün mollanəsrəddinçi - azərbaycançı ədəbiyyatının proqramı kimi qəbul olunmuşdur. İlk dəfə Sovet İttifaqının paytaxtı Moskvada çıxan "Novıy mir" jurnalında çap edildikdən sonra Azərbaycanda oxuculara çatdırmaq imkanı qazanan, ciddi ədəbi-ictimai məzmuna malik olan bu əsər geniş mənada müttəfiq respublikalarda da özünəməxsus əks-səda doğurmaqla SSRİ miqyasında yeni ədəbiyyatın və fərqli ədəbi nəslin gəlişinin buzqıranı missiyasını icra etmişdir. Anarın "Ağ liman" povesti altmışıncılar ədəbiyyatının yeni tipli stenoqramı, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı isə bu ədəbiyyatda kiçik insana və gerçək həyata doğru dönüşün qaçılmaz olmasının isbatıdır. "Dantenin yubileyi" povesti sovet siyasi sisteminin qocalıb köhnəlməsinin və çökməyə məhkum olmasının Azərbaycan ədəbiyyatındakı ilk paroludur. "Yaxşı padşahın nağılı" hekayəsi isə sovet cəmiyyətinin ədəbi alleqoriyasıdır. "Ağ qoç, qara qoç" dövlət müstəqilliyi idealının mükəmməl romanıdır.

XX əsrin II yarısı Azərbaycan dramaturgiyasının görkəmli yaradıcıları sırasında Xalq yazıçısı Anarın da fəxri yeri vardır. "Adamın adamı", "Şəhərin yay günləri", "Şəhərin qış günləri" Anarın yeni dövr Azərbaycan dramaturgiyasındakı ədəbi möhürüdür. "Sizi deyib gəlmişəm" pyesi ilə Anar klassik mollanəsrəddinçilərin öz sözləri vasitəsilə, heç bir əlavə və düzəliş etmədən orijinal bir nümunəsini yaratmışdır. Bu həm də mollanəsrəddinçi ənənələrin bütün dövrlər üçün aktual və müasir olduğunu əyani şəkildə nümayiş etdirən bənzərsiz ədəbi örnək kimi də əhəmiyyətlidir. Anar senariləri ilə də Azərbaycan dramaturgiyasında yeni səhifələr açmışdır. Anar ssenarist-dramaturq kimi  də dramaturgiyada fərqlənir. Ssenarilərində dramatik süjetlər olduğu kimi, dramlarında da ssenari xüsusiyyətləri vardır. Ona görə də Anarın dramları əsasında ssenari mətni yazmadan film çəkmək olar. "Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Qəm pəncərəsi" Anarın kinodramaturgiyanı zinətləndirən qiymətli əsərləridir. Mirzə Fətəli Axundzadə, Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Səttar Bəhlulzadəyə həsr edilmiş sənədli filmləri həm də bədii filmlərdir. "Dədə Qorqud" filmi həm Anarın kinodramaturgiyasının və həm də Azərbaycan kino sənətinin şah əsəridir.   Bu film "Kitabi-Dədə Qorqud" eposu əsasında çəkilmiş müasir əsərdir. Anar VII əsr Azərbaycan eposu olan "Kitabi-Dədə Qorqud" dastanının süjetlərini və qəhrəmanlarını yaşadığı dövrlə üzvi surətdə əlaqələndirməklə XX əsrin və sonrakı dövrlərin yeni tipli "Dədə Qorqudu"nu yaratmışdır. Sovet ideologiyasının hökm sürdüyü şəraitdə meydana çıxmış bu film Azərbaycanda milli düşüncənin, vətənpərvərlik tərbiyəsinin, azərbaycançılıq ideyalarının genişləndirilməsinə və qüvvətləndirilməsinə bir ordu qədər xidmət göstərmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Xalq yazıçısı Anarın "Dədə Qorqud" filminə yüksək qiymət vermişdir: "Mən Anarın bu münasibətlə yaratdığı filmi çox qiymətləndirirəm. …Anarın bu barədə təşəbbüsü olmasaydı və "Dədə Qorqud" filmini yaratmasaydı, "Kitabi-Dədə Qorqud" dastanı haqqında xalqımız üçün bu qədər geniş məlumat yox idi". Oxuculara məlum olduğu kimi, Anarın yaradıcılığında poeziyanın da özünəməxsus yeri vardır. O, şeir yazmağı, sadəcə, həvəs adlandırsa da, hətta "həvəsdi-bəsdi" desə də, onun yaradıcılığında poeziya davamlı yer tutur. Müşahidə olunan əsas cəhət bundan ibarətdir ki, Anarın şeirləri daha çox intellektual fikirlərin poetikləşdirilməsindən yoğrulmuşdur. Anar bir çox hallarda məqalələrində və ya nəsr əsərlərində ifadə etdiyi tezisləri müstəqil şeirlərə çevirir. Şeirlərini kitab halında oxuculara çatdırması, nəvələrinə həsr etdiyi uşaq şeirlərini böyük həvəslə yazmaqda davam etdirməsi şeir yazmaq odunun Anarda közərməkdə olduğunu, sönməyəcəyini aydın surətdə göstərir. Anarın nəsrindəki lirizmin bir kökü də onun şeirə bağlı olmasından irəli gəlir.

Azərbaycanda tənqid və ədəbiyyatşünaslığın inkişafında da Anarın müstəsna xidmətləri vardır. Böyük demokrat Cəlil Məmmədquluzadə haqqında Anarın "Anlamaq dərdi" əsərindən ciddi əsər göstərmək çətindir. "Ədəbi Mirzə Cəlil" məqaləsi də ustad Mirzə Cəlil Məmmədquluzadəyə həsr olunmuş əhəmiyyətli elmi-publisist əsərdir. Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından bəhs edən ədəbiyyatşünaslıq yönümlü əsərlərində Anar ədəbiyyatın bütün dövrlərinə və ədəbiyyatımızı yaradanların sənət dünyasına nəinki tədqiqatçı, hətta mütəfəkkir səviyəsində dərindən bələd olduğunu əyani şəkildə nümayiş etdirir. Bununla belə, "Dədə Qorqud dünyası" əsəri Anarın tənqid və ədəbiyyatşünaslıq sahəsindəki çoxillik fəaliyyətinin zirvəsidir. "Dədə Qorqud dünyası" monoqrafik tədqiqatı dünya qorqudşünaslığında möhtəşəm Azərbaycan eposuna həsr edilmiş ən fundamental əsərdir.

Anarın ədəbi-tənqidi əsərləri əsasən esse səpkisində yazılmışdır, yəni bu əsərlərdəki elmi fikirlər yazıçı düşüncələri və baxışları kimi təqdim olunur. Beləliklə, Anar esse janrına elmi baxış, mütəfəkkir yanaşma gətirmişdir. O, ədəbi simalarla bərabər, ictimai-siyasi şəxsiyyətlər, incəsənət xadimləri haqqındakı esselərində də ədəbi düşüncənin elmi-ictimai baxışlarla üzvi surətdə sintez edilməsini həmişə diqqət mərkəzində saxlamışdır. Bu yolla "Anar" elmi-bədii publisistikanın əsas yaradıcılarından biri kimi  çıxış edir.

XX əsrin yetmiş-səksəninci illərində Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda milli azadlıq mübarizəsinə hazırlanmasında da Xalq yazıçısı Anarın əsərlərinin böyük təsiri olmuşdur. Anarın dərinməzmunlu bədii əsərlərində sovet dövründə ədəbiyyatda ideologiya işığında təqdim olunan uydurma müsbət qəhrəmanlar deyil, hər cür süni boyalardan uzaq olan gerçək insanın və onun keşməkeşli taleyinin təsvir edilməsi ilə siyasi buxovların məngənəsindən xilas olmağın zəruriliyi meydana qoyulmuşdur. Anar eyni zamanda dövlət müstəqilliyinin başlanğıc illərində ölkəmizdə yaşanan çətinlikləri və çıxış yollarını da əsərlərində əks etdirməklə mənsub olduğu xalqa "nə etməli" sualına cavab tapmaqda bələdçi olmuşdur. Görkəmli yazıçının "Ağ qoç, qara qoç" və "Otel otağı" povestləri Azərbaycan cəmiyyətinin keçid dövrünün keşməkeşli hekayətləridir. "Ağ qoç, qara qoç" povesti dünyanın ən mürəkkəb prosesləri içərisində müstəqil dövlətçiliyi qoruyub saxlamağın və daha da möhkəmləndirməyin ədəbi təlimatı təəssüratı yaradır. Anarın yazıçı fəhmi və ictimai xadim kimi həyatı dərindən təhlil edib qiymətləndirmək istedadı "Ağ qoç, qara qoç" əsəri vasitəsilə müstəqil dövlətçiliyin mahiyyətinin dərindən dərk olunmasına və gələcəyə işıq salınmasına imkan yaradır. "Göz muncuğu" romanı ilə Anar dövlət müstəqilliyi mövzusundakı mütəfəkkir yazıçı baxışlarını tamamlayır. Anar öz oxucusuna müstəqil Azərbaycanı "göz muncuğu" kimi qorumağın əsl vətəndaşlıq borcu olduğunu çatdırır. İdeya-məzmun cəhətdən olduğu kimi, bədii-sənətkarlıq baxımından da bu əsər Azərbaycan ədəbiyyatının göz muncuğu sayılmağa layiqdir.

Geniş dünyəvi dünyagörüşə, zəngin mütaliəyə və dərin biliyə malik olan Anar ictimai baxışlarına görə azərbaycançıdır. Klassik azərbaycançılığın XX əsrin axırları və XXI əsrin əvvəllərində mükəmməl təməllərini yaratmış görkəmli sənətkarlarımızdan sonra XXI yüzilliyin astanasında, 1999-cu ildə "Azərbaycançılıq haqqında düşüncələr" adlı məqaləsi ilə yeni tarixi epoxanın azərbaycançılıq konsepsiyasını irəli sürən Anar milli kimlik məsələsini milli dövlət müstəqilliyi məsələsi ilə birlikdə dəyərləndirmişdir. Anarın Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi, milli mədəniyyətin təhlükələrdən xilas olunub inkişaf etdirilməsi, ədəbiyyatımızın xalqın, ölkənin və cəmiyyətin dərk olunmasına xidmət göstərməsi yollarında atdığı addımlar, ifadə etdiyi mövqe əsl azərbaycançılıq nümunəsidir. Xalq yazıçısı Anarın ictimai-siyasi baxışlarındakı azərbaycançılıq amalı ilə bədii əsərlərində ifadə edilən azərbaycançı mövqe bir-birini üzvi surətdə tamamlayır. Anar əsərləri və şəxsiyyəti ilə canlı bir azərbaycançılıq abidəsidir.

Xalq yazıçısı Anar mütəfəkkir sənətkardır. Onun bədii əsərləri dərin ictimai məzmuna malikdir. Cəmiyyətin inkişafı prosesləri ilə bağlı ən aktual məsələlər Anarın əsərlərində böyük məharətlə bədii cəhətdən əsaslandırılmış şəkildə əks etdirilir. O, qoşa qanad kimi mövzunun aktuallığı ilə əsərin bədiilik xüsusiyyətlərini vəhdətdə təsvir etməyi bacarır. Heç bir halda Anarın əsərlərində məzmun bədii formanı, yaxud əksinə, forma məzmunu üstələyə bilməmişdir. Anarın əsərləri forma ilə məzmunun üzvi sintezi və yaradıcılıqla ifadə olunmuş vəhdətindən yoğrulmuş mükəmməl ədəbi örnəklərdir. Novator yazıçının orijinal bədii formaya malik olan bədii əsərləri məzmunca da yenidir. Anar ədəbiyyata, sadəcə, müşahidə etdiyi deyil, kəşf etdiyi həyat materialını və yeni imkanı gətirmişdir. "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Macal" və başqa əsərlərində təsvir edilən hadisələr və insanlar yazıçının özünə qədər və hətta özündən sonra da ədəbiyyatda heç bir qələm ustadının əsərlərində rast gəlmədiyimiz hadisələr və bənzərsiz obrazlardır. Bu əsərlərin mövzusu da, süjeti də, obrazları da Anara məxsusdur.

Anar Azərbaycan ədəbiyyatında fərqli ədəbi simadır. Yaradıcılığın müstəqillik dövrünə aid əsərlərində də Anar hamının gözü qarşısında cərəyan edən adi əhvalatları ədəbiyyat mövzusuna çevirməklə, yaradıcı tarixi mərhələnin mahiyyətini ədəbiyyat vasitəsilə canlandırmaqla çıxardığı nəticələri oxucunun gözünü açan, onu daha dərindən düşünməyə yönləndirən qənaətlər kimi təqdim edir. Fikrimcə, Anarın "Ağ qoç, qara qoç" əsəri Azərbaycan ədəbiyyatında keçid dövrünün ən böyük romanıdır. Bu əsərdə müstəqillik qazanmış ölkəni çətin şəraitdə əhatə edən qara buludların çevrəsindən çıxarıb qoruyub saxlamağın zəruriliyi yazıçı-filosof səviyyəsində təsvir edilərək ümumiləşdirilmişdir. "Otel otağı" povesti isə xalq yazıçısının xalqına açılan dünyadakı ayıqlıq mesajıdır, sadəlövhlük bəlasından xilas olmağa çağırışıdır. Anar Azərbaycan xalqının tarixi taleyini, cəmiyyətin qabarma və çəkilmələrini mütəfəkkir səviyyəsində dərindən dərk etməyin və bütün bunları görkəmli mütəfəkkir yazıçı kimi istedadla şərh etməyin əsl nümunəsini göstərir. "Yaşamaq haqqı" ədəbi-tarixi traktatı yazıçı-vətəndaş-ictimai xadim Anarın Azərbaycan xalqının çoxəsrlik taleyini, keşməkeşli həyatı və mübarizə yollarını, görkəmli şəxsiyyətlərin ideallarını və aqibətini, nəhayət, gələcəyə baxışlarını əks etdirən möhtəşəm ədəbi-tarixi salnamədir. Bir sözlə, Xalq yazıçısı Anarın ədəbiyyat fəzası Azərbaycan ədəbiyyatının tarixi təkamülünün və müasir inkişafının bütün imkanlarını və geniş üfüqlərini əks etdirir.

Yazıçı-təşkilatçı kimi də Xalq yazıçısı Anar böyük uğurlara imza atmışdır. Azərbaycan Yazıçılar Birliyi kimi məsuliyyətli və şərəfli bir yaradıcılıq təşkilatına uzun dövr ərzində rəhbərlik etməyi böyük uğurla davam etdirməsi Anarın çoxcəhətli fəaliyyətinin mühüm nailiyyətlərindən biridir. Ədəbi-elmi təşkilatların dağıdılmasına dair çağırışların gur səslə bəyan edildiyi çətin bir dövrdə Azərbaycan Yazıçılar Birliyinin və onun mətbu orqanlarının yaşadılmasına nail olması Anarın tarixi xidmətlərindəndir. Vaxtilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Mədəniyyət komissiyasının rəhbəri kimi də ölkəmizdə yaradıcı ziyalıların həmrəyliyi və birliyinin təmin olunması, dəstəklənməsi, istiqamətləndirilməsi işinə ürəklə xidmət etmişdir.

O, sözün böyük mənasında, müstəqillik dövrü Azərbaycan ziyalılığının rəmzidir. Azərbaycan dövləti Xalq yazıçısı Anarın xidmətlərinə daim yüksək qiymət vermişdir. Müstəqil Azərbaycan dövlətinin "İstiqlal" və "Heydər Əliyev" kimi ən mötəbər ordenləri ilə təltif edilmiş, Dövlət mükafatına layiq görülmüş Anar müstəqilliyin, xalqımızın, ədəbiyyatımızın və ictimai fikrimizin daha da inkişaf etdirilməsi yollarında yorulmadan xidmət göstərməkdə davam edir. Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yeni-yeni qiymətli bədii əsərlər yaratmaqla və dünya miqyasında ölkəmizi və ədəbiyyatımızı yüksək səviyyədə, layiqincə təmsil etməklə müstəqil dövlətimiz və xalqımız qarşısında özünün böyük borcunu şərəflə yerinə yetirir.