Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2023 [ 15:41 ] [ oxunub:263 ]
printerA+ | A-
104021

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyəyə səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun (TÜBİTAK) başqanı professor-doktor Hasan Mandalla görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, TÜBİTAK-ın Ankara mərkəzi ofisində keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasındakı əlaqələrin müasir vəziyyətindən və inkişaf perspektivlərindən bəhs edilib.

Görüş zamanı akademik İsa Həbibbəyli TÜBİTAK-ın ULAKBİM – Dərgi Parkı İnstitutu ilə rəhbərlik etdiyi elmi qurum arasında əlaqələrin inkişaf etməkdə olduğunu bildirib. ULAKBİM-in başqanı Mehmet Mirat Satoğlu ilə AMEA-da önəmli müzakirələrin aparıldığını və müvafiq qərarların qəbul edildiyini minnətdarlıqla qeyd edib.

Tərəflər 2024-cü ildə ULAKBİM layihəsindən başqa daha 5 istiqamət üzrə - süni intellekt, ortaq elmi layihələrin qarşılıqlı surətdə dəstəklənməsi, seysmologiya, arxeologiya, karbon-14 analizlərinin aparılması istiqamətlərində əməkdaşlıq əlaqələrinin qurulması ilə əlaqədar məsələləri müzakirə ediblər. Genişlənməkdə olan əlaqələrin daha səmərəli şəkildə qurulması üçün Azərbaycan Milli Elmlər Akademiyasında TÜBİTAK-ın ofisinin yaradılmasının məqsədəuyğunluğu nəzərə çatdırılıb.

Hasan Mandal AMEA ilə genişlənməkdə olan əlaqələrin Türkiyə-Azərbaycan əlaqələrində elmin rolunun daha da artmasına səbəb olacağını qeyd edərək ortaq layihələrə dəstək veriləcəyini diqqətə çatdırıb.

AMEA ilə TÜBİTAK arasında yeni anlaşma memorandumunun imzalanması qərara alınıb.

https://azertag.az/

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR