Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyatların təbliği və tədqiqi istiqamətində qarşılıqlı elmi-ədəbi əlaqələrlə bağlı görüş

15-11-2023 [ 14:38 ] [ oxunub:141 ]
printerA+ | A-
103955

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli IX Beynəlxalq kitab sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Rusiya Tərcümə İnstitutunun rəhbərliyi ilə ilə görüşüb.

Görüşdə akademik İsa Həbibbəyli Azərbaycanla Rusiya arasında elmi-ədəbi əlaqələrin tarixindən, AMEA-nın elmi-tədqiqat istiqamətlərindən söz açıb. Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən şöbələrdə aparılan araşdırmalardan danışan akademik İsa Həbibbəyli ədəbiyyatların təbliği və tədqiqi istiqamətində qarşılıqlı elmi-ədəbi əlaqələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, həmçinin elmi və elmi-kütləvi nəşrlərin mübadiləsinə diqqət yetirilməsinə toxunub.

Rusiya Tərcümə İnstitutunun icraçı direktoru Yevgeni Rezniçenko rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, beynəlxalq səviyyədə həyata keçirilən layihələri barədə söz açıb. Elmi-ədəbi əsərlərin dünya dillərinə tərcüməsi və yayılması təcrübəsindən danışan institut rəhbəri Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətinə toxunub.

Yevgeni Rezniçenko yeni nəşr etdikləri MDB ölkələri yazıçılarının əsərlərindən, o cümlədən müasir Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət üçcildlik antologiyaları akademik İsa Həbibbəyliyə hədiyyə edib. Qeyd edək ki, “Nəsr” cildinin “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

Görüşdə Moskvada yaşayan həmyerlimiz - yazıçı, filologiya elmləri doktoru, professor Abuzər Bağırov, Tərcümə İnstitutunun proqram direktoru Nina Litvinets və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov da iştirak edib, fikir mübadiləsi aparılıb.