Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Poetika.izm - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əsərləri - 2024, № 1

24-11-2024 [ 11:01 ] [ oxunub:202 ]
printerA+ | A-
105015

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının növbəti (2024, № 1) sayı nəşr olunub. “Poetika.izm” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Bu nömrə akademik İsa Həbibbəylinin “Müasirədəbi proses və nəzəri araşdırmalara baxış” məqaləsi ilə başlayır.Jurnalın baş redaktor müavini filologiya elmləri doktoru, professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubova,
məsul redaktoru isə Ülkər Hüseynovadır.
“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu sayı “Nəzəriyyənin tədqiqi”, “Tarixi poetika”, “Janr, struktur, forma”, “Ədəbi təhlil. Mətn poetikası”, “İntertekstuallıq və multidisiplinar əlaqə”, “Tərcümə nəzəriyyəsi” bölmələrindən ibarətdir. “Poetika.izm”in redaksiya heyətinə Azərbaycan,
İtaliya, Latviya, Yaponiya, Polşa, Türkiyə, Bosniyanın alimləri daxildir.
Jurnal ədəbiyyatın mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsəd və funksiyasını, ədəbi dəyər məsələsini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmalara üstünlük verir.
Qeyd edək ki, Jurnal AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 04 dekabr 2013-cü il tarixli 7 saylı qərarı ilə Ədliyyə Nazirliyindən verilmiş 26 noyabr 2013-cü il tarixli, 3821 saylı şəhadətnamə əsasında təsis edilmişdir. Eyni zamanda “ResearchGate”, “OAJI.net”, “Open Academic Journals Index”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir.

SİZƏ MARAQLI OLA BİLƏR