Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Rəhim Əliyev. Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri (1813-2023). Üçüncü cild

13-09-2024 [ 14:37 ] [ oxunub:193 ]
printerA+ | A-
104796

Bu kitab tənqidçi, filologiya elmləri doktoru Rəhim Əliyevin üç cildlik anadilli Azərbaycan ədəbiyyatı tarixi oçerkləri layihəsinin üçüncü cildidir. Bu cild Avropa tipli yeni Azərbaycan ədəbiyyatının tarixinə həsr olunub. Oçerklərin elmi konsepsiyası müəllifə məxsusdur və neobolşevik elmi şablonlarından təmiz, obyektiv ədəbiyyat tarixi yaratmaq niyyəti daşıyır. Müəllif Yazıçılar Birliyində və onun orqanlarında mövcud olan ədəbi adətlərə milli ədəbi inkişafın istiqamətlərindən ancaq biri kimi yanaşır. Rəhim Əliyev ilk dəfə olaraq Azərbaycan siyasi-bədii fikri tarixində marksist milli cərəyanın mövcud olduğunu əsaslandırır və ədəbiyyat tarixinə daxil edir. Həmçinin sovet dönəmi ədəbiyyatında milli cərəyanla yanaşı istehlakçı nomenklatur ədəbiyyatın da mövcud olduğunu və demokratik yazıçıların ciddi müqaviməti ilə (Iz.ləşdiyini göstərməyə çalışır. Müstəqillik dövrü ədəbiyyatının özəlliyi kitabın ana xəttini təşkil edir.

Bu cild hələ tam və müfəssəl ədəbiyyat tarixi deyildir. Amma müəllif ümid edir ki, burda qoyulan elmi və ədəbi prinsiplər neobolşevik ədəbi nomenklaturanın yaratdığı və özünü baş rola qoyduğu ədəbiyyat tarixçiliyi ənənəsinin hökmranlığına həmişəlik son qoyacaqdır. Ən azı bundan belə alternativ ədəbiyyat tarixlərinin yaranması qaçılmaz olacaqdır.

SİZƏ MARAQLI OLA BİLƏR