Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Mehman Həsənli Londonda keçirilən beynəlxalq elmi konfransda məruzə edib

12-12-2023 [ 13:29 ] [ oxunub:630 ]
printerA+ | A-

Londonda “Aytmatov Akademiyası”nın (Aitmatov Academy) təşkilatçılığı ilə “Dünyada Çingiz Aytmatov irsinə humanist yanaşmalar”
mövzusunda elmi konfrans keçirilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, fil.f.d., dos. Mehman Həsənli
Aytmatov Akademiyasının dəvəti ilə konfransa qatılıb. Gənc aytmatovşünas alim “Yazıçının Azərbaycan arxivlərində saxlanan şəxsi
məktubları” (The personel letters of the writer at the Archives of Azerbaijan) mövzusunda konfransın birinci panelində çıxış edib.
Konfransda Böyük Britaniyanın nüfuzlu Oksford və digər universitetlərindən, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Almaniya və Rusiyadan olan alimlər iştirak ediblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR