Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

X Uluslararası Çocuk və Gənclik Ədəbiyyatı simpoziumu başa çatdı

22-10-2023 [ 09:36 ] [ oxunub:1365 ]
printerA+ | A-
103849

Oktyabr ayının 20-21-də Tatarıstanın paytaxtı Kazan şəhərində X Uluslararası  Çocuk və Gənclik Ədəbiyyatı  simpoziumu keçirildi. Türkiyə Çocuk ve Gençlik Edebiyatı Yazarları Birliyinin təşəbbüsü ilə növbəti dəfə Tatarıstanda baş tutmuş  Simpoziumun əsas mövzusu “Uşaq və gənclər ədəbiyyatında dil, mədəniyyət və adət-ənənələr; Tarix, poeziya, inkişaf strategiyaları” kimi müəyyən edilmişdir. Simpozum  eyni zamanda görkəmli tatar xalq şairi Robert Minnullinin anadan olmasının 75 illiyinə həsr olunmuşdur.

Qeyd dək ki, davamlı olaraq keşirilən beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Simpoziumları  bu sahədə beynəlxalq iştirakçı sayına və nəşr imkanlarına, akademik və elmi qiymətləndirmə meyarlarına görə seçilən beynəlxalq tədbirdir.  Simpoziumda onlayn iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinin məruzələri maraqla qarşılanmış,  yaddaqalan müzakirələr, fikir mübadiləsi və işgüzar söhbətlər aparılmşdır. Filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Hüseyin Cavid və Cəfər Cabbarlı yaradıcılığında uşaq obrazları və uşaq şeirləri” məruzəsində Azərbaycan uşaq ədəbiyyatının nümunələrini  elmi nəzəri kontekstdə təqdim etmiş, filologiya elmləri doktoru Esmira Fuad  “Bubbular, kirpilәr və ilan” - “Poem On Proz”da çocuklara dostluq və yurd sevgisinin aşılanması” məruzəsində gənc nəslin tərbiyəsi və milli-mənəvi dəyərlərin yaşadılması məsələlərini diqətə çatdırmışdır. Simpoziumun bölmələrindən birinə moderatorluq edən filologiya elmləri doktoru Mərziyyə Nəcəfova  Tatarıstan xalq şairi Robert Minnulinin  anadan olmasının 75 illiyinə hər olunmuş xüsusi bölmədə “Robert Minnulin və Bican Veysəl Yıldızın uşaq şeirlərindəki  paralelizim”  mövzusunda,  filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva “Türkdilli xalqların uşaq ədəbiyyatının populyarlaşması və vətəndaşlıq missiyası işığında Robert Minnulin” mövzusunda məruzə etmişlər.

SİZƏ MARAQLI OLA BİLƏR