Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Ədəbi əlaqələr kontekstində görüş

22-05-2023 [ 15:33 ] [ oxunub:418 ]
printerA+ | A-
103398

22 may 2023-cü il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistandan gələn bir qrup alim və müəllim heyəti ilə görüş keçirilib. Termiz Dövlət Universitetinin, Səmərqənd Dövlət Universitetinin, Özbəkistan Jurnalistika və Kütləvi Kom­mu­ni­ka­­siyalar Universitetinin professor və müəllim heyətindən ibarət qonaqlar müəssisənin Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri, Nizamişünaslıq, Mətbuat tarixi və publisistika, Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı və digər şöbələrində olmuşlar.  İnstitutunun icraçı direktoru Mehman Həsənli və elmi katibi Aygün Bağırlı, şöbə müdiri Almaz Ülvi ilə görüşmüş, elmi-ədəbi mülahizələr aparmışlar.

Qonaqlardan  Əzimidin Normamatoviç, Yuldaşev Normat Temiroviç, Berdimurodova Maksuda Rəhmətovna, Akbotayev Batır Haydaroviç, Hümmətova Gözəl Əmirqulovna, Xudaymuradova Hürriyyət Muhiddinovna, Haitova Yulduz Oktamovna, Curakulova Gülnaz Şavkatovnaya  Ədəbiyyat İnstitutunun yeni nəşrləri təqdim olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR