Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Professor Rahid Uluselin yeni kitabları çap olunub

09-09-2022 [ 16:15 ] [ oxunub:144 ]
printerA+ | A-
102680

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin iki kitabı işıq üzü görüb. Kitablar Ədəbiyyat İnstitutunun Elmi şurasının 23 iyun 2022-ci il tarixli qərarı ilə “Zərdabi” və “Qanun” nəşriyyatlarında çap edilib.

Müəllifin “Azərbaycan mədəniyyətində Rəsul Rza və Anar” və “Azərbaycan: bütöv, güclü, yenilməz (Sabir Rüstəmxanlının həyatı, mühiti, ictimai və ədəbi-mədəni fəaliyyəti)” adlı tədqiqatları onun müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi istiqamətində apardığı araşdırmalarının nəticəsidir.

İlk kitab Azərbaycan mədəniyyətinin tarixi-genetik bütövlüyünün dərk olunması və yaradılmasında müstəsna xidmətləri olan Rəsul Rza və Anar yaradıcılığının tədqiqinə, hər iki sənətkarın geniş spektrli ədəbi-ictimai fəaliyyətinin, onları əhatə edən mədəni-estetik məkanın öyrənilməsinə həsr edilib. Kitabın elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Nizami Cəfərov, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğludur. 344 səhifəlik kitab üç hissədən ibarətdir.

Digər kitabda isə millət vəkili, Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının həyatı, ədəbi fəaliyyəti və çevrəsindən, milli tarix qarşısında vətəndaş məsuliyyətini aktuallaşdıran miqyaslı yaradıcılığının bütün nəsillər üçün gərəkliyindən, bu görkəmli ictimai-siyasi xadimin Azərbaycanı bütöv, güclü və yenilməz etmək çabalarından söz açılır. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğludur.

SİZƏ MARAQLI OLA BİLƏR