Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

21-06-2022 [ 15:50 ] [ oxunub:153 ]
printerA+ | A-
102525

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Böyük yolun davamı” (II kitab) kitabı işıq üzü görüb.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir. “Böyük yolun davamı” (II kitab) toplusu ədəbiyyatşünaslıq müstəvisində” adlı ön sözün müəllifi filologiya elmləri doktoru Salidə Şərifovadır. Rəyçiləri filologiya elmləri doktorları, professorlar Əsgər Rəsulov və Sənan İbrahimovdur. Məsul redaktor filologiya elmləri doktoru, dosent Qurban Bayramov, redaktoru elmi işçi Sima Şəfizadədir.

532 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

“Böyük yolun davamı” (II kitab) (Türk xalqlarına dair araşdırmalar) kitabında müəllifin 1970-1980-ci illərdə və son dövrlərdə çap olunmuş məqalələri toplanıb. Kitabdakı bir çox məqalələr tarixi-ədəbi faktlar əsasında işlənmiş və ədəbiyyat tarixçiliyimiz üçün yenidir.

Kitabda dünyasını vaxtsız dəyişmiş N.Əliyevanın bir neçə məqaləsi “Gələcəyə ümidlə” başlığı ilə çap olunub.

Müəllifin 1970-1980-ci illər mətbuatımızda çap olunmuş bir neçə məqaləsi “Keçmişlərdən gələn yazı” başlığı ilə kitabın ikinci fəslində verilib.

SİZƏ MARAQLI OLA BİLƏR