Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Almaz Ülvi Xivədə "Orta Asiya dünya sivilizasiyalarının kəsişməsində" Beynəlxalq Forumunda iştirak etmişdir

15-09-2021 [ 11:49 ] [ oxunub:122 ]
printerA+ | A-
101162

Sentyabrın 14 -dən 15 -dək Xivədə (Özbəkistan)  UNESCO -nun dəstəyi ilə "Orta Asiya dünya sivilizasiyalarının kəsişməsində" mövzusunda Beynəlxalq Mədəniyyət Forumu keçirilmişdir. Foruma akademik qurumların nümayəndələri, fəlsəfə, dilçilik, tarix, incəsənət, antropologiya daxil olmaqla sosial və humanitar elmlər sahəsindəki elm adamları olmaqla üç yüzə yaxın nümayəndə iştirak etmişdir. Beynəlxalq forum Mərkəzi Asiya ölkələri arasında mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirmək, bölgənin mədəni və tarixi irsini bərpa etmək və populyarlaşdırmaq missiyasını dəstəkləyir.

Beynəlxalq forumda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan- Özbəkistan” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova iştirak etmişdir. Forumda alimin “Əlişir Nəvainin elmi-filoloji fəaliyyəti ümumtürk ədəbiyyatının nəzəri əsası kimi” adlı məruzəsi dinlənilmişdir.

SİZƏ MARAQLI OLA BİLƏR