Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Ilhama Agazade‘s portrayal of Heydar Aliyev in children‘s literature

13-12-2023 [ 11:24 ] [ read:169 ]
printerA+ | A-
104057

One of the main merits of the examples included in children's literature is the promotion of the idea of Azerbaijaniness - Turkism in a timely manner. People's language, customs and traditions, psychology, culture, etc. national self-consciousness, self-awareness. The process of national self-awareness in Azerbaijan has passed a great historical path. The unselfish struggle and infinite love of the thinkers, historical figures, and statesmen chosen from among the people for the existence of the motherland can be seen in their actions. National self-awareness, first of all, includes the ability to deeply analyze and know one's historical roots, nationality. The spiritual existence and determination of the Azerbaijani people is mostly reflected in its national literature. To follow this process in children's literature, let's look at the examples written in recent years. The Great Leader said at the 10th Congress of Writers: "Our poets and writers have always tried to awaken national feelings in Azerbaijan, in our people, in our nation with their works. The process of national self-awareness, national awakening, revival of our people first of all passes through literature."

Dövlətin, xalqın, mədəniyyətin, eləcə də ədəbiyyatın inkişafında ölçüyəgəlməz xidmətləri olan  Ümummilli lider Heydər Əliyevin obrazı ədəbiyyatımızda böyük ehtiramla əksini tapmışdır. Uşaqların sevimli yazarı Məmməd Namazın qələmə aldığı "Hamının günəşi", "Bağ" hekayələrində uşaqlara hər zaman böyük qayğı və sevgi ilə yanaşmış Heydər Əliyevin obrazı canlandırılıb. Mənəvi dəyəri böyük olan hər iki hekayə gerçək hadisələrin real təzahürü, fikrin bədii imkanları, təsvir zənginliyi ilə seçilir. Tarix müasir həyatı dərk etmənin yolu kimi ortaya çıxır. Ədəbiyyatşünas alim Yaşar Qarayev yazırdı: "...hər cür keçmiş yox, yalnız tarixə və yaddaşa çevrilən, özünü sənətdə dərk edən keçmiş özündən sonra da yaşayır, abidələşir və əbədiyyətə qovuşur".

Yeni nəslin tərbiyəsində ümumbəşəri ideyaların təbliği ilə yanaşı xalqın mənafeyini nəzərə almaq vacibdir. Milli mənlik şüurunun uşaqlara aşılanması nəticəsində onların vətən, xalq, millət və cəmiyyətlə əlaqəsini kiçik yaşlardan formalaşdırmaq lazımdır. Uşaq və gənclər üçün dövlətin əsas ideyaları təbliğ olunan yüksək səviyyəli bədii əsərlər onları yad təsirlərdən qoruyar, elinə-obasına bağlı vətənpərvər kimi yetişməmlərinə vəsilə olar. "Göyərçin" jurnalının xüsusi buraxılışı olan "Yaddaş kitabı"nda əlamətdar tarixi günlər haqqında bir-birindən maraqlı şeir parçaları yer alıb. Belə şeirlərdən bir neçəsini xüsusi vurğulamaq yerinə düşər. Uca Allaha xitabla başlayan bu kitabda Türk dünyasının iki böyük oğlu - Heydər Əliyevə və Atatürkə ithaf olunmuş nümunə, həmrəylik gününə həsr olunmuş "Türk elləri" şeirləri xüsusilə səciyyəvidir. Rafiq Yusifoğlunun dahi rəhbər Heydər Əliyevə həsr etdiyi "Ulu öndər" şeirini Siyavuş Kərimi həzin, ürəyətımlı nəğməyə çevirmişdir. Gənclərin tərbiyəsində və insani baxışlarının formalaşmasında bu cür nümunələrin rolu misilsizdir:

 

Vətənin dar günündə

Harayına sən çatdın.

Üçrəngli bayrağımı

Zirvələrə ucaltdın.

Yolumuz haqq yoludur,

Biz bu yoldan dönmərik,

Əmin ol, ulu öndər!

Vətən eşqi hər zaman

Zəfərlərə səsləyir.

Xalq sənin övladına

Sonsuz ümid bəsləyir.

 

"Göyərçin" jurnalında son dövrlərdə estetik gözəlliyə, dolğun məzmuna və bədii təsir gücünə malik bu cür şeirlərin yaranmasına xüsusi yer verilmişdir. "Atatürk" şeiri də bu baxımdan səciyəvidir:

 

Gördü yaxşı-yamanı,

Qovdu çəni, dumanı.

Qoyardımı zamanın

Girdabında bata türk,

Atatürk!

Dedi: - Gərək ən uca

Zirvələrə çata türk,

Atatürk.

 

"Uşaqlıq dövründə uşağın qarşılaşdığı bir çox hadisələr və gördüyü insanlar onun istər o dövrünə, istərsə də sonrakı həyatına özünün təsirini göstərir" (İbrahim Kurt) Uşaq dünyasına istiqamətlənən bu tipli ədəbi nümunələr onların inkişafında və şəxsiyyətinin düzgün formalaşmasında əhəmiyyətli rolu olan, həmçinin sənət baxımından da qiymətli əsərlərdir. Gözəllik və humanist duyğular aşılamaqla yanaşı vətən və millət sevgisi yaradır.

Ulu Öndəri Zəlimxan Yaqub "Əbədiyyət dastanında" "Azərbaycan torpağının Heydər adlı Atatürkü!!!", Xəlil Rza Ulutürk isə  "Heydər dədə - Atatürk" adlandırıb. Tarixçi alim Yaqub Mahmudov Ulu Öndərin sağlığında yazırdı: "Heydər Əliyevin xarici siyasətində ən mühüm uğurlarından biri də budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı. Hazırda Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür, Heydər Əliyev isə bütün türk dünyasının müdrük yolgöstərəni, zəmanəmizin Atatürkü adını qazanmışdır!"

Türk birliyinin sarsılmaz olduğuna bütün dünya bir daha inandı. Həm siyasi baxımdan, həm də mənəvi cəhətdən türklər bir-birinə həyan oldu, sevinci də, kədəri də bölüşməyi bacardı. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi və iki dövlət arasındakı münasibətləri xarakterizə edən "Bir millət, iki dövlət" milli konsepsiyası uşaq ədəbiyyatında müxtəlif  janrlarda qələmə alınmış uşaq ədəbiyyatı nümunələrində də eyni məqsədə xidmət edir. Uşağın idraki qabiliyyətini yüksəltməyə, dünyagörüşünü genişləndirməyə, onları vətənpərvərlik ruhunda tərbiyə etməyə yönəliklidir.

 

Heydər baba, xalqımın

Ağsaqqalı, rəhbəri.

Zəkasından nur alıb

Yurdumuzun səhəri

İnanıb həqiqətə,

Haqq məğlub ola bilməz.

Belə öndəri olan

Xalq məğlub ola bilməz...

 

Yaşar Qarayev "Müstəqillik dövrünün milli öndəri" məqaləsində yazır: "Yalnız etibarlı və sabit dövlətin sənətə, elmə, ədəbiyyata müqəddəs mənəvi və əxlaqi dəyərərə ehtiyacı var". Millətin milli dövlətdən, mentalitetdən uca zirvəsi olmadığını deyən ədəbiyyatşünas fikrinə belə davam edir: "sənət və dövlət həmişə bir yerdə, yanaşı məşğul olur və torpağın da, yaddaşın da sərhədləri yalnız belə bir sərvətin olduğu yerdə - vahid, bölünməz, əbədi mənəvi məkanda parçalanmır". Bütün ömrü boyu Vətənə sədaqətlə xidmət etmiş dahi şəxsiyyət Heydər Əliyev uşaqların təlim-tərbiyəsinə, hərtərəfli inkişafına, onların vətənpərvərlik tərbiyəsi ruhunda böyüməsinə çalışmışdır. Vətənpərvərlik məfhumunun geniş şəkildə açıqlayan Ümummilli liderin fikrincə: "Vətənpərvərlik çox geniş məna daşıyır. Vətənpərvərlik təkcə o deyildir ki, gedib Vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz vətəninin, ölkəsinin qayğısı ilə yaşasın. Bunlar hamısı vətənpərvərlikdən doğan bir şeydir. Milli şüur, öncə vətənpərvərlik şüurudur".

Azərbaycan ədəbiyyatında vətənpərvərliyi tərənnüm edən poetik nümunələr çoxdur. Vətənpərvərlik mövzusu poeziyamızın ruhuna hopub. Xüsusilə də, uşaqlar üçün qələmə alınmış şeirlərdə bu mövzu başlıca yerdədir. Doğrudur, Vətəni candan əziz tutan hər bir yazıçı heç düşünmür ki, bunu uşaqlar, yaxud böyüklər üçün yazır. Uşaq poeziyasına vətənpərvərliyin yansıması yaddaşla, özünüdərklə bağlı bir problem kimi kiçik oxucuda milli ruhun tərbiyəsi və formalaşmasında böyük əhəmiyyət daşıyır. Vətənin təbii gözəlliklərinin tərənnümü, yurda olan sevgi, onun tarixi və taleyi ilə bağlı düşüncələr uşaq ədəbiyyatının əsas istiqamətini təşkil edir.

Hər bir xalqın var olduğunu göstərən, tarixini özündə yaşadan, kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən ən dəyərli mənəvi sərvət onun dili hesab olunur. Heydər Əliyevin ana dilinin adı və əlifbanın seçimində göstərdiyi mövqe dövlət dilinin möhkəmlənməsinə böyük təkan oldu. O deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Doğru deyilib ki, "Dilini qorumayan xalqın qılıncı kəsməz". Dil təəssübkeşliyi çəkən Ulu Öndər bu dəyərli mənəvi sərvətin saflığı, qorunması yollarını düşünmüş, dilin əhatə dairəsini genişləndirməyə çalışarkən şübhəsiz ki, bu məsələdə xalqın mənafeyini nəzərə almışdır.

Poeziyada çox vaxt ana dili vətən məfhumu ilə vəhdətdə götürülür. Eyni cəbhədə səfərbər olmuş mütəfəkkirlər şirin ana dilində işlədilmiş söz və ifadələrlə xalqın qəlbinə təsir etmiş, gənc nəslə vətənpərvərlik, humanizm və insanpərvərlik duyğularını təlqin etmişlər. Uşaqların sevimli şairi Rafiq Yusifoğlunun  "Ana dili" şeiri bu baxımdan maraq doğurur:

 

Anamın özü kimi,

Ana dili müqəddəs.

Damarımızda qandı,

Ciyərimizdə nəfəs.

Ana dili qürbətdə,

Vətənə dönə bilər.

Düşmənlərin başına,

Mərmitək enə bilər.

 

Şeirdə xalqın taleyində ana dilinin rolu, aldığımız nəfəs qədər vacibliyi kövrək duyğularla təsvir olunub. Milli birliyin təmin edilməsində, özünüdərkin yetkinləşməsində, milli şüurun formalaşmasında ana dilnin əhəmiyyəti əvəzsizdır. Bu mövzu həmişə böyük maraq doğurmuş, fərqli məzmun və formalarda gündəmdə olmuşdur. Dilin keçdiyi tarixi yol və mövcud nümunələr onu deməyə əsas verir ki, dilimiz əsrlərin sınağından üzüağ çıxaraq bu gününkü milli dil səviyyəsinə çatmış və bundan sonra da xalqımız var olduqca, ona xidmət göstərən ana dili də yaşayacaq, var olacaq.

Heydər Əliyev bütün türk dünyasında tanınan demokratik fikirli, milli şüurlu ziyalılardan biri olmuşdur. İsa Həbibbəyli yazır: "Ədəbiyyata xalqın keşməkeşli taleyinin, tarixi yaddaşının, müasir həyatının və inkişafının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir".

 

Yurdumuzu sevib o,

Elimizi sevib o.

Şəkərdən, baldan şirin

Dilimizi sevib o.

 

Dilin vəziyyəti, inkişaf səviyyəsi, xalqın tərəqqisi ilə bağlı olan ana dili - milli ruh, tarixi-yaddaş, milli mənlik, özünüdərk simvoludur. Ana dilini xalqın mənəvi inkişafında mühüm amil hesab edən Heydər Əliyev demişdir: "Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur".

Göründüyü kimi, Ulu Öndər xalqı yaşatmaq üçün ilk növbədə onun dilini qorumağın gərəkliyini anlayırdı. Onun apardığı mücadilə boşuna getmədi, fəaliyyəti, səsləndirdiyi fikirlər dövlətin əsas ideya qaynağına çevrildi.

Ədəbiyyat qəzeti. 12.12.23.

OTHER NEWS