Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Art text archeology - Javanshir Yusifli

04-12-2023 [ 14:00 ] [ read:116 ]
printerA+ | A-
104022

There are countless obstacles to writing in traditional and generally all forms, the most original idea, an emotion that seems very beautiful to you (showing your face from a niqab...) or the expression of an emotion in any form, there are unexpected losses. Very rarely, in a single poetic text, these losses are minimal. How to tame this messy issue? And is it possible or necessary to tame at all?

Writing is an infinite, limitless process, and it does not depend on the artist's mortality, that is, the process itself "feels" as if it knows it, perhaps "as it drips into his heart." Creativity is closely related to the metaphor of the road, the road does not end, it begins again from the place where it is supposed to end (he finds exactly the way he wants - !), if the artist (author) finds a way in between and tries to appreciate the process, the element of creativity, approximately as in S. Vurgun whom:

Kür qırağı ... Qarayazı ... göy çəmən// Qoşa palıd ... tüstülənən od-ocaq// Saç ağardı, unutmadım sizi mən / /Hansı şair sizi bir də yazacaq?

Böyük bir poemanın, epik nəhrin içində macal tapıb taleyinə "ekskurs" etmənin bir əlahiddə mənası vaxtsız qocalmış sənətkarın onu öldürəcək ahı içində bəsləməsidir. Həyat eşqiylə dünyadan qaçmağın (bilə-bilə ki hər yer tikanlı məftillərlə hörülmüşdür...) bir nöqtəyə düyülməsi hər şeyi anidən susdurur. Elə bir şeir başlayır ki, yuxuyla gerçəklik, həyatla ölüm arasından keçir, onu doğuran nəfəs sonsuzluq stixiyası yaradır... Ölümü bu şəkildə hiss edən şairlərin mətnləri tam, büsbütün fərqli mətnlərdir.

Yəni, yazmaq, anın tutulması, əslində zənn etdiyin məqamın dərinliyinə enmək, gözləmədiyin laylar və deməli, sirlərlə üz-üzə gəlməkdir. Bu dörd misranı müasir ədəbi hermenevtika çərçivəsində necə anlamalı?

2

Müasir ədəbi hermenevtika çərçivəsində klassik mətnlərin şərhinə necə yanaşmalı? Etiraf edək ki, bu sahədə dəqiq, kateqorial bir ölçü - metod yoxdur. Klassik, ortaçağ şeirinin təfsirində qəribə, ilk baxışdan ciddi elmlə bir araya sığmayan məqamlar var. Bütün şərhçilər, həm alim, həm də həvəskar şərhçilər poetik mətnlərdəki düyünləri ixtiyari şəkildə oxumağa girişirlər. Müəllifin ürəyini, yoxsa, bədii mətni oxumaq dilemması ortaya xeyli suallar çıxarır, bunun da nəticəsində bədii mətn bir vasitə roluna keçərək yerini onun yaxından-uzaqdan bağlı olduğu mənbələrə verir. Doğrudur, konkret mətndəki mənaları həmin mənbələrsiz, onların bədii mətnə və əksinə təsirini nəzərə almadan üzə çıxarmaq mümkün deyildir, ancaq bu təsadüfdə dominant o mənbələr yox, bədii mətndir, onun əsrlər boyunca dəyişməsi, transformasiyası, min-min oxucu şərhinə şərait yaratmasıdır, məsələ belədir ki, müəllif bədii mətndən ayrılan kimi, onun müstəqil həyatı başlayır, oxucu hissiyyatına tuş gələn kimi adıçəkilən mənbələrdən müvəqqəti "uzaqlaşır",  belə olduğu üçün də təkcə onları məna əyarı, məna aşkarlayıcısı kimi götürmək absurddur. İndi qəzəl mətnlərini şərh edən xiridarların təsviri ixtiyaridir, onların şərhdən elm düzəltmək arzusudur, buna görə bu şərhlər ədəbi/filoloji deyildir. Ədəbi hermenevtika şübhəsiz ki, bədii mətnin əsaslandığı, yaxud yazıldığı dövrdə təsirə məruz qaldığı üçün qaçılmaz olan mənbələri də nəzərə alır. Bədii mətni anlamaq, həm ona qarşı öz təcrübəni tətbiq etmək, həm də ona qədər və ondan sonrakı bütün mətnlərlə daxili əlaqələri analiz etməkdir. Bədii mətn bizə təkcə hansısa hissləri aşılamır, yaxud bizim hiss etdiyimiz nələrisə dolğunlaşdırmır, həm də və ən əsası, digər mətnlərdən ona və ondan digər mətnlərə açılan yolu göstərir. Filoloji hermenevtika bədii mətndə bağlı mənalarla (frazeologiya...), yaxud bədii mətnin bağlı olduğu, onun mövcudluğunu şərtləndirən mənalarla işləyir. Ədəbi hermenevtika eyni zamanda bir dildə yaranan bədii mətnlərə hopmuş insan və filoloji təcrübəni öyrənir. Başqa sözlə, mədəniyyət kateqoriyalarının bədii mətndə təcəssümünü araşdırır. Bu gün yaranan mətnlərdə, şübhəsiz ki, keçmişin, keçmişdən dolğunlaşa-dolğunlaşa gələn mətnlərin izləri yaşayır və onlar xarakter etibarıyla müasirdir, modern mətnin üst qatında yox, "zirzəmisində" fəaliyyət göstərir (yeri gəlmişkən, Səməd Vurğunun yuxarıdakı misralarına da həm də elə keçmişdən yığılan, duyğu-duyğu toplanan, çarpazlaşan ənənə modeli kimi baxmaq olar...), bədii mətnin oxucuya açıq olan layları, oxu, anlama səviyyələri və zirzəmisi var, bu sonuncu qat modern mətnin sərhədlərindən kənardakı gerçəkliyə doğru bir bağlantıdır və bu bağlantı heç də birtərəfli deyildir, ən gözəl müasir mətnlər də klassik poetik mətnlərlə təmasdadır, onlardan aldığı enerjini 1) müasir dilə çevirir, 2) ondan təsirləndiyini danır, klassik mətnin deyil, yeni, modern estetikanın işarələrini önə çıxarır, əslinə baxanda, modern şeir texnikası, yeni dünyaduyumuna əsaslanan estetik platforma da klassik bədii mətnlərlə ikili münasibətdə olur, bəzən bu münasibətlər o qədər sıx və doymuş məhlul halında olur ki, modern mətn klassik bədii mətnin surətinin çıxarılması təsiri bağışlayır. Klassik poetik mətnlərdə şübhəsiz ki, bugünkü estetik prinsiplər doğrultusunda heç bir təfsirə yatmayan, izahı müşkül olan parçalar da var. Bədii mətnlərin ana dilinin poetika müstəvisində düzgün yerləşdirilməsi bəzi sualları cavablandıra bilir. Modern mətnlər bu izahı müşkül parçalara izah verir, ümumi poetik xəritədə mətn yalnız digər mətnlərlə izah olunur. Jak Derridanın dediyi kimi, bir bədii mətn başqa bir mətnə ön söz kimi anlaşılmalıdır. Burada iyerarxiya, semantik müəyyənlik mənalarla oyun stixiyasına əsaslanır. Ədəbi hermenevtika, həm klassik poeziya, həm də modern ədəbiyyatda mənalarla oyunun mexanizmini araşdırlr, onların, bu iki istiqamətin bir-birinə bağlanma və bir-birindən qopma məqamlarını fərqləndirir. Ədəbi hermenevtikanın qənaətincə, bədii mətn quruculuğunda əsas olan mənayaratma kateqoriyasıdır və bu həm real, rasional, həm də irrasional əsaslara söykənir. Bədii mətnin metafizik ölçüsü bir sıra bir-birinə bağlı, bir-birini doğuran və üstələyən oxlardan ibarətdir. Hansı mətn ki birbaşa, həm də dərin təfsirə ehtiyac duymayan fikirlə sonuclanır, o mətndə məna axtarmağa, başqa sözlə, ədəbi arxeologiyaya zərurət yoxdur. Bir fikirlə çərçivələnən mətn bədii deyil, sxematikdir və mətndəki texniki göstəricilər də o fikrin konturlarını göstərməyə hesablanır.

Ədəbiyyat qəzeti. 04.12.23.

OTHER NEWS