Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Anar‘s neorealism: "Kabirlinsky‘s last confession" - Elnara Garagozova

03-07-2023 [ 11:42 ] [ read:124 ]
printerA+ | A-
103586

During the period of independence, the trend of realism in Azerbaijani literature entered a completely new stage. With the establishment of independent Azerbaijan, socialist realism lost its dominant position in literature, and against the background of the realities of the independence period, realism gained new shades and came to the fore. This period was marked by the emergence of a literary process based on new literary criteria in Azerbaijani literature. The predecessors of the new realism, which was in the leading position in this new literary process, were perfectly reflected in the literary texts of early realism (M.P. Vagif), critical realism (J. Mammadguluzade), social realism (Süleyman Rahimov). During the period of independence, two branches of realism - magical realism and neorealism gained a dominant position in the literary process. Neorealism is more clearly observed in the work of the People's writer Anar in Azerbaijani literature. The writer's neorealist story "The Last Secret of Tahmina", published in 2021, resonated in the literary environment, and a wide range of opinions were expressed about the work. With this story, Anar laid the foundation of the tendency to create a new, deconstructive version of his works and images, which went towards archetypalization during the period of independence. On the literary agenda of 2023, Anar's newly written neorealist story "Kabirlinsky's Last Confession" was able to resonate.

Feyzulla Kəbirlinski Anarın Azərbaycan ədəbiyyatına bəxş etdiyi nadir obrazlardandır. "Dantenin yubileyi" əsərində Kəbirlinski istedadsız, lakin sənəti, səhnəni böyük məhəbbətlə sevən bir aktyor obrazıdır. Sadəlövh, təmiz və "bu dünyanın adamı olmayan" Kəbirlinski həm bədbəxt, həm də xoşbəxt adamdır. Bədbəxtdir, ona görə ki, həyatda öz yerini tapa bilməyib, həyat yoldaşı Həcəri və oğulluğu Eldarı cəmiyyətin gözündə gülünc vəziyyətə salıb, ailə başçısı və işçi kimi hörməti yoxdur, saflığı, sadəlövhlüyü başına bəla olub. Amma Kəbirlinski həm də xoşbəxtdir. Çünki cəmiyyətin sındırıb qəlibə sala bilmədiyi insandır. Cəmiyyətin tələb etdiyi kimi yox, öz qəlbinin qərarı ilə yaşamaq cəsarətinə malikdir. Kəbirlinski öz dünyasında yaşaya bilən, teatrı nəfəsi kimi sevən, istedadı olmasa da, sənət məbədinə bütün qəlbi ilə bağlı, sənətin aliliyinə vurğun insandır. "Dantenin yubileyi" əsəri Feyzulla Kəbirlinskinin mövcud olmayan yubiley tədbiri ilə aldadıldıqdan sonra həyat yoldaşı Həcəri yeni açılan metroda gəzdirməsi ilə bitir: "Feyzulla arvadının təəccübündən daha da həvəslənir, təcrübəli bələdçi kimi metronun müxtəlif möcüzələrini Həcərə göstərir, danışır, izahat verirdi.Həcər də elə hər şeyə təəccüblənir, hər şeydən zövq alır, elə hey içini çəkirdi. Sabah yəqin ki, Həcər yenə deyinəcək, söylənəcək, Feyzullanın gününü göy əskiyə bükəcəkdi. Amma bu gün onun könlünü qırmaq istəmirdi. İstəmirdi Feyzulla bilsin ki, düz iki aydır - metro açılandan bəri Həcər hər səhər həmin bu qatarlarla bazara gedib gəlir". Əsər boyu ilk dəfə bu son məqamda oxucu Həcərin Kəbirlinskiyə olan əsl münasibəti ilə tanış olur. Daim həyat yoldaşını qabiliyyətsizlikdə ittiham edən Həcərin əslində ona nə qədər acıdığını, hamı kimi yaşaya bilməməsini anladığını yazıçı əsərin sonunda oxucuya açır. Əslində Anar 1968-ci ildə tamamladığı əsərdəki elə bu məqamla da 2023-cü ildə "Kəbirlinskinin son etirafı" hekayəsinin yazılması üçün zəmin hazırlamışdı. "Kəbirlinskinin son etirafı" hekayəsi Həcərin Feyzullanı xəstəxanada ziyarəti ilə başlayır. Bu dəfə yazıçı "Dantenin yubileyi" əsərinin əvvəlindəki deyingən Həcəri yox, əsərin sonundakı Feyzullaya rəhmli davranan, onu anlayan Həcəri oxucuya təqdim edir. Deməli, Anarın Dantenin yubileyində əsas inkişaf etdirdiyi, transformasiaya uğratdığı obrazlardan biri də məhz Həcərdir. Deməli, "Dantenin yubileyində"ki metro gəzintisindən sonra Həcər Feyzullanın "gününü göy əskiyə bükməyib". Ölüm yatağında olan Kəbirlinski də dəyişib, artıq əvvəllki kimi sadəlövh deyil, Həcərin onu ovutduğunu, sağalıb ayağa qalxmayacağını, əslində teatrdan heç kimin onu axtarmadığını yaxşı bilir. Amma ilk dəfə Həcərin sözlərinə inandığını göstərərək sonuncu rolunu mükəmməl ifa edir. Həcərin danışdıqlarından bircə məqam Kəbirlinskinin dünyasına işıq salır: Eldar ona dəyməyə gələcək. Həcərlə Kəbirlinskinin dəhşətli sirri - Eldarın Həcərin bacısı ilə məşhur alim İsgəndər Muradəliyevin oğlu olması "Dantenin yubileyi" əsərindən oxucuya məlum idi. Kəbirlinski Eldar ondan ata kimi xəcalət duyduğu, utandığı üçün bu sirri açmağı Həcərə təklif etmiş, lakin nə Kəbirlinski, nə də Həcər sirrin açılması ilə Eldarı əbədi itirmək ehtimalını gözə alıb buna cəsarət edə bilməmişdilər. Həcərin getməsindən sonra yuxuya gedən Kəbirlinski Eldarı yuxuda görür, elə yuxuda da bu sirri ona açır. Lakin gözlədiyinin əksinə, Eldar sirri bildiyini söyləməklə yanaşı Kəbirlinskinin ömrü boyu xəyalında olduğu amma reallaşacağına heç zaman inanmadığı sözləri söyləyir: "Eldar gözünü qırpmadan:

- Təzə xəbər! - dedi. - Mən bunu çoxdan bilirdim.

- Bilirdin?

- Əlbəttə, amma mənim atam sənsən, anam də Həcər.

Feyzullanın boğazı tutuldu. Udqundu.

- Mən?

- Əlbəttə... ata.

Feyzulla qəhərdən kəsilə-kəsilə:

- Sağ ol... - dedi

Bir müddət hər ikisi susdu.

Sonra Eldar qəfilcə:

- Mən həmişə səninlə qürur duymuşam - dedi".

Anarın yenidən öncələr yaratdığı obrazlara qayıtması və təkrar işləməsi ədəbi cameədə birmənalı qarşılanmır. Bu münasibətə ən gözəl cavabı Anar "Kəbirlinskinin son etirafı" hekayəsinin başlığında verir: "Mən qəhrəmanlarıma canlı insanlar tək yanaşıram. Onlar sevirlər, sevilirlər, sevinirlər, kədərlənirlər, əzab çəkirlər və zamanında, bəzən də zamanından çox əvvəl, vaxtsız vəfat edirlər. Qəribə görünsə də, mən bir müəllif kimi bəzən özümü personajlarım qarşısında günahkar hiss edirəm. Bu hissi izah da edə bilmirəm. Bəlkə Təhminənin etibarına şübhəylə yanaşmaqda yanılmışam. Bəlkə Kəbirlinskiyə qarşı çox insafsız olmuşam. Bəlkə bu hekayə də elə günah hissini yumaq üçün yazılıb".

Fikrimizcə, 2021-ci ildə dərc olunmuş hekayəsini "Təhminənin son sirri", 2023-cü ildə dərc olunmuş hekayəsini isə "Kəbirlinskinin son etirafı" adlandıran yazıçı bununla illər öncə başladığı süjetlərin son akkordlarını vurmaqla yanaşı, həm də oxucuya məlum obrazın yeni qatlarını, aspektlərini açır, həmin obrazların alternativ, transformativ variantını məhz müstəqillik dövrünün yazıçısı Anar olaraq təqdim edir.

525-ci qəzet, 2023, 23 iyun

OTHER NEWS