Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Hajibeylis - Second post - Matanat Vahid

09-03-2023 [ 13:06 ] [ read:48 ]
printerA+ | A-
103154

Jeyhun Hajibeyli

(1891-1962)

Another prominent representative of the Hajibeylis is Jeyhun Hajibeyli, the brother of Uzeyir Bey, who has undeniable historical services in the recognition of Azerbaijan as an independent state. Born on February 3, 1891 in Shusha, J. Hajibeyli, one of the well-known representatives of Azerbaijani literature, an outstanding writer, publicist, translator, publisher and public figure, received his primary education in a real school in the city of Dogma - a two-level Russian-Muslim school headed by Hashim Bey Vazirov. After completing his higher education first in Baku, then in St. Petersburg and Paris at the Sorbonne University, and then at the Higher Polytechnic School of Sciences, he expanded his printing activities, which he started at the age of 15-16. He edited "Ittihad" and "Izvestia" newspapers; He wrote articles, columns and stories for the newspapers "Irshad", "Taraqi", "Kaspi", "Haqiqat", and "Baku". C. Hajibeyli wrote almost all of his writings in "Kaspi" in the "Records of a Muslim" column, "C. Dagistani", It was printed with the signatures of "Cey Dagestani". After the establishment of APC, he was appointed the editor-in-chief of "Azerbaijan" newspaper, the official organ of the state. We can also attribute the story "Haji Karim" and its translations from Russian and French languages to the pre-emigration (1905-1919) stage of J. Hajibeyli's creativity, which began his artistic activity with a short story and feuilleton.

Although it was full of pains, Jeyhun Bey, who had a rich and creative life, was forced to live as an immigrant in France from the age of twenty-nine, and abroad he always thought about the independence of his homeland, and took an uncompromising position against the Soviet regime and communist ideology. In the second stage of his creativity, which took place in the ideological struggle for the independence of Azerbaijan, he signed works with an unparalleled role in the social, political and cultural life of the country. He is the author of the scientific works "The First Muslim Republic of Azerbaijan", "Karabagh Dialect and Folklore (Caucasus Azerbaijan)", "Azerbaijan Press History", "Anti-Islamic Propaganda and its Methods in Azerbaijan".

C.Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün əsl fədakarlıq nümunəsi göstərmiş, Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Ə.Ağaoğlu, M.Hacınski, Ə.Şeyxülislamov, M.Mirmehdiyev, M.Məhərrəmov ilə birlikdə 1920-ci ilin mayınadək cəmi 12 nömrədən ibarət "Azərbaycan" adlı bülleten, fransız dilində Azərbaycanın rəngli coğrafi xəritəsini, "Qafqaz Azərbaycan Respublikası", "Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti", "Azərbaycan Respublikası əhalisinin antropoloji və etnik tərkibi" kitablarını nəşr etmişlər.

1925-ci ildə C.Hacıbəylinin təşəbbüs və tərcüməsi ilə "Arşın mal alan" operettası fransız səhnəsində oynanılmışdır. Bir il sonra "Revyu dömond musulman" jurnalının 3-cü nömrəsində dərc etdirdiyi "Azərbaycan teatrı" adlı məqaləsində Hüseyn Cavid və Cəfər Cabbarlı yaradıcılığından bəhs etmişdir. Həmin jurnalla sıx əməkdaşlıq edən Ceyhun bəy burada 1918-ci ildə ermənilərin Bakıda, Şamaxıda, Kürdəmir və Xaçmazda törətdiyi vəhşiliklər barədə irihəcmli məqalə də dərc etdirmişdir. 1926-cı ildə onun redaktorluğu ilə mühacirətdə fransız dilində "Azərbaycan" jurnalı nəşrə başlamışdır.

Ceyhun bəy hələ vətəndə ikən Qarabağı oymaq-oymaq gəzib yaşlı nəslin nümayəndələri ilə görüşmüş, yüzlərlə şifahi xalq ədəbiyyatı nümunəsi toplamışdı. Mühacirətdə həmin nümunələri fransız dilinə çevirmiş və 1934-cü ildə Parisin "Asiya" jurnalında "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)" adı ilə nəşr etdirmişdir.

Ən böyük xidmətlərindən biri Avropada Azərbaycan Mühacirət Mətbuatının yaranmasına dəstək vermək olan Ceyhun Hacıbəyli Azərbaycan mühacirləri və legionerlərinin təşkilatlanmasında mühüm xidmətlər göstərmiş, mühacirət tariximizdə qısa, lakin silinməz izlər qoyan "Azərbaycan Milli Birlik Məclisi" idarə heyətinin üzvü olmuş; məclisin orqanı olan "Azərbaycan" jurnalının (1952-1954) redaktoru vəzifəsini yerinə yetirmiş; "Azadlıq" radiosunun yaradıcılarından və Münhendə fəaliyyət göstərən SSRİ-ni Öyrənən İnstitutun fəal üzvü olmuşdur. Həmin institutun və onun nəşri olan "Dərgi"nin, fransızca "Qafqaz" jurnalının fəal əməkdaşlarından olan  Ceyhun Hacıbəyli 1959-cu ildə institutun xətti ilə məşhur "İslam əleyhinə təbliğat və onun Azərbaycanda yeni metodları" əsərini çap etdirmişdir.

C.Hacıbəyli mühacirətdə başa vurduğu ömrü boyu amalından dönməmiş, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparmış, ölkəmizin müstəqilliyi uğrunda usanmadan fəaliyyət göstərərək adını  Azərbaycanın azadlıq tarixinə yazdırmışdır. O, 1962-ci il oktyabrın 22-də Parisdə dünyasını dəyişmiş, Sen-Klu qəbiristanlığında dəfn edilmişdir.

Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür" adlı memuarı onun şəxsi həyatından daha çox istiqlal mücadiləsini əks etdirməsi ilə seçilir. Memuarın ayrı-ayrı hissələrindəki qeydlərdən bəlli olur ki, müəllif XX əsrin 40-cı illərinin sonundan yazmağa başladığı əsəri təxminən on ilə bitirmişdir. Fransız dilində yazılan memuar Azərbaycanda 2016 (tərc. Şamil Zaman) və 2017-ci (tərcümə: Mirzəbala Əmrahov) illərdə çap olunmuşdur. Müxtəlif mövzuları əhatə edən bu əsərin ana xətti, ideya istiqaməti yenə də azad Azərbaycan arzusudur.

Hacıbəylilər ailəsi ilə bağlı əhvalatların və avtobioqrafik məlumatların da əks olunduğu "Bir il xəyallarda... və bütöv bir ömür" əsərində müəllif hər gecə yuxu gördüyünü və onların arasından aydın olanları oxucularla bölüşdüyünü yazır. C.Hacıbəyli memuarında bədii əsərlərində tez-tez müraciət etdiyi yuxu priyomuna geniş yer verməklə, tarixi hadisələri obyektivlikdən uzaqlaşdırmaq deyil, onlara bədiilik, poetiklik, kolorit qatmaqla, yaddaşını xəyalları ilə tamamlamağa nail olmuşdur. Əsərdə müəllif "doğma şəhərim" deyə məhəbbətlə vəsf etdiyi Şuşanı xiffətlə yada salır: "Mineral suyu, adamı valeh edən təbiəti, möcüzələrlə dolu olan Şuşa"da keçirdiyi günləri həzinliklə xatırlayır, samovar çayı məclislərindən, düşərgədə qaraçıların nümayiş etdirdiyi səhnəciklərdən, həvəskarların musiqi və rəqslərindən, ətrafa yayılan şaqraq gülüşlərdən bəhs edir. Burada dini mərasimlərin, xüsusən Aşuranın necə keçirildiyindən söz açan Ceyhun bəy Şuşanın insanlarından, füsunkar təbiətindən, tarixindən həzin kədərlə danışır; təbiətinin, gözəlliyinin şuşalıların poetik ruha malik olmasına çox təsir etdiyini vurğulayır.

Ötən ərin 50-ci illərində yazdığı "İlk Azərbaycan operası necə yarandı" adlı xatirəsini də C.Hacıbəyli Qarabağın təsviri ilə başlayır və yazır ki, "Qarabağın təbiəti, xüsusilə onun mənzərəli paytaxtı Şuşa lirika və poeziya sahəsində romantizm və yaradıcılıq ilhamı mənbəyi idi. Ən istedadlı müğənnilər və sazandalar (çalğıçılar) qarabağlıdır".

Memuar erməni məkri və hiyləsinin, insana yaraşmayan murdar xislətinin, erməni terror təşkilatının fəaliyyətinin əks olunması və erməni-müsəlman münaqişəsinin etimologiyasını təsvir, Qafqazda rus siyasətini faş etmək baxımından da əhəmiyyətlidir. Ceyhun Hacıbəylinin bədii-estetik dəyəri ilə yanaşı, ideya-siyasi əhəmiyyətinə görə də ədəbiyyat tariximizin önəmli səhifələrindən olan bu memuarı erməni-müsəlman qarşıdurmasından bəhs edərkən ifadə etdiyi bircə cümləsi ilə belə, tarixin bütün daşlarını yerinə oturda biləcək siqlətdədir: "Bununla belə, tarixi irs öz rolunu oynamalı idi: bir əsrlik rus hegemonluğu, ermənilərin üzərində minillik müsəlman hegemonluğunu kökündən yox edə bilməmişdi, necə ki, eyni zamanda azərbaycanlıların türk-monqol sələflərindən qalan döyüş instinktlərini kütləşdirə bilməmişdi..."

 

Zülfüqar Hacıbəyli

(1884-1950)

"...Nəğmə və musiqiyə gəldikdə, onları böyüklərin qarşısında ifa etmək ədəbsizlik sayılırdı. Məşq edə bilmədiyimizdən istedadlarımızı da itirdik." - Bu sözlər Hacıbəylilər ailəsinin sonbeşiyi Ceyhun bəyin memuarındandır. Amma görünür, əsl istedadı uşaqlıq travmaları da məhv edə bilmir. Əks halda, ailənin iki böyük oğlu Zülfüqar və Üzeyir Azərbaycan opera sənətinin, musiqi teatrının təşkili və inkişafında böyük xidmətləri olan tanınmış bəstəkarlar olmazdılar...

1884-cü il aprelin 17-də Şuşada doğulan Zülfüqar Hacıbəyli iki qız övladdan sonra ailənin ilk oğlu idi. Uşaq yaşlarından musiqi məclislərində iştirak etməsi, istedadlı xanəndələrin ifasını dinləməsi, bütövlükdə şəhərin mədəni ab-havasının təsiri onun gələcək həyat və sənət yoluna əhəmiyyətli təsirə malik idi.

Rəngarəng yaradıclığa malik Zülfüqar Hacıbəyli ilk Azərbaycan operettası - "50 yaşında cavan" (1909) əsərinin (mətni və musiqisi özünə aid, əyləncəli üçpərdəli, dördşəkilli) müəllifidir.  İlk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərində Gürcü Zadəganları Teatrında baş tutan operetta sonralar Bakı, Naxçıvan, İrəvan və Şuşada göstərilmişdir. Bundan başqa, öz librettoları əsasında yazdığı "Varlı", "Məşədi Xudu", "Evliykən subay" musiqili komediyalarının müəllifidir.

Bəstəkarın ilk mahnıları sayılan "Kənd qızı", "Çoban qız" və "Əsgər nəğməsi" müəllifinə böyük məşhurluq gətirmiş əsərləri sırasındadır.  Zülfüqar Hacıbəylinin yaradıcılığında mühüm yer tutan "Aşıq Qərib" operası (1915) bir çox Azərbaycan operaları kimi, səhnəyə çətinliklə də olsa,  yol tapa bilmiş və ictimaiyyətin diqqətini cəlb etmişdir. Xalq musiqisi ilə Avropa musiqisinin sintezindən ibarət opera 1916-cı il may ayının 13-də Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulmuş və mətbuatda geniş əksini tapmışdır.

Zülfüqar Hacıbəyli "Kölə qadınların rəqsi" adlı simfonik pyes (1932) bəstələmiş, librettolara musiqi yazmış, bir sıra kantatalara imza atmışdır. 1935-ci ildə oğlu Niyazi ilə birlikdə Cəfər Cabbarlının pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filmi - "Almaz"a musiqi bəstələmişdir. Zülfüqar Hacıbəyli milli musiqimizin inkişafında göstərdiyi xidmətlərə görə, Əməkdar İncəsənət xadimi adına layiq görülmüşdür (1943). Bəstəkarın son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olmuşdur. Həmin il sentyabrın 30-da dünyasını dəyişən Z.Hacıbəylidən sonra Azərbaycan musiqisini ucaldan əsərlərlə yanaşı, "Nüşabə" və "Üç aşıq" operası kimi tamamlanmamış işləri qaldı...