Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Dunya Ədəbiyyatı”, "Ədəbiyyat nəzəriyyəsi" ixtisasları və "Ədəbiyyatşünaslığın əsasları" fənni üzrə imtahan keçirilib

12-12-2017 [ 16:44 ] [ oxunub:545 ]
A+ | A-

Dekabrın 12-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Dunya Ədəbiyyatı”, "Ədəbiyyat nəzəriyyəsi" ixtisasları və "Ədəbiyyatşünaslığın əsasları" fənni üzrə imtahanlar keçirilib. İmtahanda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Gəncə Dövlət Universitetinin doktorant və dissertanları iştirak edib. İmtahandan əvvəl AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri sos.f.d. Samir Səttarov iştikçılara imtahan komissiyasının üzvləri prof. Tahirə Məmməd, prof. Məmmədəli Mustafayev, prof. Gülər Abdullabəyova və dos. Cavidə Məmmədovanı təqdim etdikdən sonra, imtahanın keçirilmə qaydaları haqqında məlumat verdi və institutun rəhbərliyi adından imtahanda iştirak edən doktorant və disertantlara uğurlar arzuladı. İmtahan uğurla başa çatdı və bununla Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2017-ci ilin payız-qış sessiyası üçün nəzərdə tutulan imtahanlar bitmiş oldu.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR