Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ana dilimiz - milli varlığımızdır" müsabiqəsi keçirildi

16-10-2017 [ 16:52 ] [ oxunub:200 ]
printerA+ | A-
62066

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 22 sentyabr 2017-ci il tarixli 639 №-li sərəncamına əsasən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 16 oktyabr 2017-ci il tarixində “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi öz işinə başladı. Komissiyanın sədri fil.e.d., dos. Əsgərli Əlizadə Bayram oğlu, komissiyanın üzvləri isə sos.f.d. Səttarov Samir Kamal oğlu, fil.f.d., dos. Babayeva Eşqanə Akif qızı və Məmmədova Nurlanə Hümmət qızı idi. Müsabiqədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani doktorantları Əliyeva Şəfa Şakir qızı və Əliyeva Dilarə Şamil qızı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Hacıyev Pənah Mehti oğlu, İnstitutun magistrantları Əliyeva Könül Tahir qızı və Həsənli Pəri Rövşən qızı iştirak etdilər. Komissiya doktorant və magistrantların Azərbaycan ədəbiyyatı ilə bağlı biliklərini, ümumi səviyyəsini və nitq qabiliyyətini sınaqdan keçirərək növbəti müsabiqəyə buraxılmasına qərar verdi.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR