Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

Təhsil şöbəsi Nizami Layihəsinin Məlumat Günündə

12-04-2019 [ 15:24 ] [ oxunub:336 ]
printerA+ | A-
98969

12 Aprel 2019-cu il tarixində Hyatt Regency Baku Hoteldə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Nizami Layihəsinin Məlumat Günü keçirildi.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Dr. Samir Səttarov və əməkdaşı Turanə Cabbarzadə də iştirak etdilər.

Tədbir zamanı iştirakçılara Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi, təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, ölkəmizdə doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması və ixtisas təsnifatının Avropa təsnifatına uyğunlaşdırılması sahəsində görüləcək işlər barəsində tədbir iştirakçılarına məlumat verildi. Tədbirin sonunda tərəfdaş ali təhsil müəssisələrində Nizami layihəsi çərçivəsində  həyata keçirilmiş tədbirlər barəsində danışıldı.