Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Məqalələr

Akademik İsa Həbibbəyli. Etnosdan eposadək

28-11-2017 [ 11:01 ] [ oxunub:255 ]
printerA+ | A-

DÖVRLƏŞMƏ KONSEPSİYASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Azərbaycan tarixşünaslıq elmindəki orta əsrlər bölgüsü ədəbiyyatçıların düşündüyü qədim dövrləri də özündə cəmləşdirir. 

Tarixçilər orta əsrlər dedikdə təxminən IV əsrdən başlayaraq XVIII əsrin axırlarına qədərki böyük bir dövrü nəzərdə tuturlar. Tarixçilərə görə, qədim dövr isə bizim eradan qabaqkı zamanlardan başlayaraq yeni eranın IV əsrinə qədər davam edir. Yeri gəlmişkən, sovet dövründən qalan və əsasən ictimai-iqtisadi formasiyaların marksist təsnifatına əsasən müəyyən olunan “qədim dövr” anlayışına və ümumən tarixi dövrləşdirmə probleminə yenidən baxılmasına ehtiyac vardır. Quldarlıq mərhələsinin qədim dövr, feodalizm erasının orta əsrlər hesab edilməsi heç də dünyanın bütün ölkələrində eyni səviyyədə mövcud reallıqla üst-üstə düşmür.

Ardını oxumaq üçün: bura tıkla

SİZƏ MARAQLI OLA BİLƏR