Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Məqalələr

Bədirxan Əhmədov. Badano Elizbar Cavelidze!

18-12-2017 [ 11:10 ] [ oxunub:106 ]
printerA+ | A-

GÜRCÜ ŞƏRQŞÜNASLIĞININ GÖRKƏMLİ SİMASI, AKADEMİK ELİZBAR CAVELİDZENİN 80 İLLİK YUBİLEYİNƏ

Badano Elizbar Cavelidze ilə keçən il akademik İsa Həbibbəyli ilə bir yerdə Tiflisdə tanış olduq; tanış olduq dedikdə qiyabi olaraq çoxdan tanıyırdıq. 
Vaxtilə rusca çap olunan “Cəlaləddin Rumi” kitabı da otuz ilə yaxındır, rəfimdə yer alıb. Onunla jurnalist, tədqiqatçı, tərcüməçi həmyerlim Mirzə Məmmədoğlu vasitəsilə görüşdük. O, konfransda iştirak etməsə də, İsa müəllimin orada olmağından xəbər tutmuş və görüşmək istəyini bildirmişdi. Akademik İsa Həbibbəyli də bu istəyi məmnuniyyətlə qəbul etmişdi. Gürcü şərqşünaslığının görkəmli siması Azərbaycan ədəbiyyatı ilə bağlı da çox böyük işlər görmüş və buna görə də vaxtilə “Azərbaycanın əməkdar mədəniyyət işçisi” (1988) fəxri adına layiq görülmüşdü. Bu fürsətdə Azərbaycan sevdalısı ilə görüşməkdən təbii nə ola bilərdi?! Əvvəlcə Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundzadənin qəbrini ziyarət etdik. Sonra görüş gürcülərə məxsus süfrə arxasında davam etdi. Bu çox işgüzar görüş oldu; necə deyərlər, iki ədəbiyyat yanğılı akademik uzun illər ərzində qardaş xalqlar arasındakı ictimai-siyasi, iqtisadi tərəfdaşlığın ədəbi, mədəni istiqamətlərinin gələcək perspektivlərini müzakirə etdilər. 

Ardını oxumaq üçün: bura tıkla.