Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı işıq üzü görüb

27-11-2023 [ 14:39 ] [ oxunub:525 ]
printerA+ | A-
104007

         AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı nəşr edilib. İnstitut Elmi Şurasının 8 dekabr 2022-ci il tarixli 7 saylı iclas protokolunun qərarı ilə çap olunan kitab Mehdi Hüseyn və tarixi ədəbi prosesə həsr olunub.

         İşin layihə rəhbəri və elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır. Rəyçiləri filologiya elmləri doktoru Rəhim Əliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.

         “Elm” nəşriyyatında işıq üzü görən kitab 460 səhifədən ibarətdir. XX əsr (Sovet dörü) Azərbaycan ədəbiyyatı şöbəsində tərtib edilən kitaba Xalq yazıçısı Mehdi Hüseynin şəcərəsi, tərcümeyi-halı və yaradıcılıq yolunu əhatə edən, müasir demokratik elmi meyarlar mövqeyindən yazılmış tədqiqat işləri daxildir.

SİZƏ MARAQLI OLA BİLƏR