Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“Nizami Gəncəvi almanaxı”nın dördüncü cildi çap olunub

05-09-2023 [ 10:15 ] [ oxunub:760 ]
printerA+ | A-
103636

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Nizami Gəncəvi almanaxı”nın dördüncü cildi nəşr edilib. Almanax müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Müəssisənin Nizamişünaslıq şöbəsinin əməkdaşlarının və digər alimlərin araşdırmalarının yer aldığı almanaxın dördüncü cildi Ədəbiyyat İnstitutunun Elmi şurasının 30 mart 2023-cü il tarixli qərarı ilə çap edilib.

Layihənin elmi rəhbəri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslıdır. Məsul redaktorları filologiya üzrə fəlsəfə doktorları, dosentlər Zəhra Allahverdiyeva, Aygün Bağırlı və Yelena Teyerdir. Koordinatorları Samirə Əliyeva və Lalə Paşayevadır.

Dördüncü cild akademik İsa Həbibbəylinin “Nizami Gəncəvi ədəbi irsi: Heydər Əliyevdən – İlham Əliyevə” adlı yazısı ilə açılır. Nəşrdə ümumilikdə 16 tədqiqatçının mövzu ilə bağlı məqalələri yer alıb. “Nizami Gəncəvi almanaxı”nın bu nəşri Nizami Gəncəvinin dövrü, həyatı və ədəbi irsinə yeni baxış, daha obyektiv elmi meyarlar əsasında yazılmış elmi məqalələri əhatə edir.

Qeyd edək ki, Nizami Gəncəvi almanaxlarının nəşr ənənəsi 1940-cı ildən başlayıb.

SİZƏ MARAQLI OLA BİLƏR