Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Əlizadə Əsgərli. Bəxtiyar Vahabzadə (həyatı, mühiti və yaradıcılığı)

01-12-2022 [ 14:04 ] [ oxunub:93 ]
printerA+ | A-
102912

Əlizadə Əsgərli. Bəxtiyar Vahabzadə (həyatı, mühiti və yaradıcılığı). Sənətkarın elmi pasportu – 32.  – Bakı: Elm və təhsil, 2022. – 556 s.

Elmi redaktor və ön sözün müəllifi: akademik İsa Həbibbəyli; məsul redaktor: Aygün Bağırlı; rəyçilər: Rahid Ulusel, Aslan Salmansoy.

Xalq şairi, dramaturq, ədəbiyyatşünas-alim və ictimai xadim, Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Bəxtiyar Vahabzadə haqqında monoqrafiyada sənətkarın poeziyasının milli və bəşəri qaynaqları, onun mövzu, ideya-məzmun və bədii forma mündəricəsi, habelə, şairin azərbaycançılıq, türkçülük və dinçilik baxışları, Azərbaycan milli ideyasının təkamülü yollarında mücadiləsi ədəbi-fəlsəfi və ideoloji kontekstində əksini tapmışdır.

Tədqiqatın dördüncü və beşinci fəsillərində görkəmli sənətkarın poema və dramaturgiya yaradıcılığı, onların ideya-bədii xüsusiyyətləri və üslub fərdiliklərindən bəhs olunmuşdur.

Monoqrafiya elm və tədris sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.

Kitabdan geniş oxucu auditoriyası da faydalana bilər.