Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNSTİTUT KİV-də

Vaqif Yusifli - 70

02-04-2018 [ 16:42 ] [ oxunub:60 ]
printerA+ | A-

60-cı illər ədəbiyyatımızın intibah dövrü kimi qiymətləndirilir. Təxminən 70-ci illərin sonundan isə bu dövr ədəbi tənqidçilər tərəfindən dəyərləndirilməyə, araşdırılmağa başlandı. Vaqif Yusifli də məhz belə bir dövrdə ədəbiyyata gəldi və elə ilk məqalələrindən diqqəti cəlb etdi. Lap ilk məqalələrindən haqqında yazdığı qələm sahiblərinin yaradıcılığını bütöv öyrənməsi,  araşdırması, həmçinin, o yaradıcılığın ən başlıca məziyyətlərini önə çəkməsi, əsas özəyi oxucuya göstərməsi Vaqif Yusifli tənqidinin üstünlüyüdü. Akademik Kamal Talıbzadə “Tənqid də yaradıcılıqdır” məqaləsində yazırdı: “1975-ci ildə direktor müavini işlədiyim Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına növbəti qəbul imtahanı başlanırdı. Səhv etmirəmsə, həmin il əyani aspiranturaya bir yer ayrılmışdı. Müsabiqədə isə səkkiz nəfər iştirak edirdi. Birinci imtahan ixtisas fənnindən idi və elə ilk imtahanda arıq, çəlimsiz bir oğlan diqqətimi cəlb etdi. O, verilən sualların əhatə dairəsindən çox-çox kənara çıxır, öz məntiqi cavabları ilə adi bir kənd müəllimi olmadığını sübut edirdi. Həmin imtahanda yeganə beşi həmin arıq, çəlimsiz oğlan aldı...” Akademik Kamal Talıbzadənin haqqında söz açdığı o “arıq, çəlimsiz oğlan” Vaqif Yusiflidi. Kamal Talıbzadə sonradan öyrənir ki, Vaqif müəllim digər imtahanlardan da ən yüksək nəticəni göstərib, ona özü elmi rəhbərlik edir və “Müasir Azərbaycan nəsrində konflikt və xarakter” adlı dissertasiya mövzusu verir. Vaqif Yusiflinin yazdığı həmin dissertasiya və bu mövzuda xeyli məqalələri elmi mühitdə mübahisələrə səbəb olan altmışıncılar nəsrinin xeyrinə olur. Obyektiv yanaşmaları, dəqiq elmi mülahizələri ilə Vaqif Yusifli bu nəslə aid olan bir çox yazıçıların yaradıcılığını özünəməxsus şəkildə şərh edir...https://525.az/site/index.php?name=xeber&duzelis=0&news_id=96900#gsc.tab=0