Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNSTİTUT KİV-də

Axundovdan sonra Azərbaycan dilinin siyasi əhəmiyyətini Mirzə Cəlil dərk etmişdi. (Rəhim Əliyevlə müsahibə)

13-03-2018 [ 13:51 ] [ oxunub:112 ]
printerA+ | A-

Xalq Cümhuriyyəti 100 

– Cümhuriyyətin qurulması ərəfəsində Azərbaycanda ədəbi dilin vəziyyəti necə idi? Ədəbi dil formalaşmışdı, yoxsa divan ədəbiyyatının təsirində olan yeni ədəbi dil mövcud idi?

– Əvvəlcə onu deyim ki, divan ədəbi dili yeni deyildi, ən qədim ədəbi dilimizdir və tarixi də XIV əsrdən başlanan mətnlərə bağlıdır. Amma söhbətimizin konkret olması üçün mən ədəbi dil anlayışından başlamaq istəyirəm. Bu, sadə məsələ deyil. Mən universitetdə oxuyanda ədəbi dil kursunu deyən müəllimimiz rusca dərslikləri təkrar edib deyirdi: ədəbi dil xalq dilinin normativləşmiş bir şəklidir. Hərçənd ki, normativlik şifahi xalq dilində də var, belə olmasaydı, adamlar bir-birini anlamazdı. Ümumi şəkildə bu, belədir. Amma mən bu tərifi elmi və dəqiq saymıram.
 

 

SİZƏ MARAQLI OLA BİLƏR