Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmlər doktorları

Həmidov İmamverdi Yavər oğlu

04-02-2017 [ 21:00 ] [ oxunub:236 ]
printerA+ | A-

Anadan olduğu yer: Azərbaycan Respublikası Masallı rayonu, Bala Kolatan kəndi

Təvəllüdü: 01.01.1941

Bitirdiyi ali təhsil müəssisəsi: Bakı Dövlət Universiteti

Elmi dərəcəsi: Filologiya üzrə elmlər doktoru

Elmi rütbəsi: Professor

Namizədlik (PhD) dissertasiyası: İbn Quteybə Dinəvəri. Həyatı, şuubiyyə, “adab” və ədəbi tənqidə aid əsərləri, 5718.01 - Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)

Doktorluq dissertasiyası: Azərbaycan ədəbiyyatı klassiklərinin ərəb ədəbiyyatşünaslığında öyrənilməsi problemleri, 5716.01- Azərbaycan ədəbiyyatı;

5718.01- Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 99 

- xaricdə çıxmış elmi əsərlərinin sayı: 29 

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı - 8

Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı - 5;

elmlər doktorlarının sayı - 2

Əsas elmi nailiyyətləri: IX əsr filoloqu İbn Kuteybə Dinəvərin ədəbi tənqid ,”adab” və şuubiyyəyə aid əsərləri müasir ədəbiyyatşünaslıq baxışları ilə elmi təhlildən keçirilmiş və dəyərləndirilmişdir.

- Nizamiinin “Leyli və Məcnun” poemasının yazılı qaynaqlarından biri “Əxbarul-Məcnun va əşaruhu” əsərinin müəllifi Əbu Bəkr Valibinin yaşadığı dövrün X əsrlə bağlanması və onun Azərbaycanlı olması sübut edilir.

- İlk dəfə ərəbcə yazmış Azərbaycanlı şairlər Ömər Gənci (XI əsr), İskafi Zəncani və Məğlisi Marağainin (X-XI əsrlər) poetik irsinin aşkar edilməsi. 

- Azərbaycan klassikləri, Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzuli irsini araşdımış ərəb alimləri Məhəmməd Quneymi Hilal, Əbdunueym Həsəneyn, Hüseyn Mucib əl- Misri, Səid Camaləddin, Məhəmməd Cuma və başqalarının tədqiqatları dünya və Azərbaycan ədəbiyyatşünaslığının baxışları əsasında dəyərləndirilmiş, yanlış fikirləri göstərilmişdir.

- Ərəb alimləri Nasr Abbas və Fatimə əl-Məvafi ilə birlikdə ərəb dilində nəşr etdiyi “Əl- ədəbul-azəri” (“Azərbaycan ədəbiyyatı”) kitabında Azərbaycan ədəbiyyatının başlanğıcdan XX əsrin ortalarına qədər inkişaf istiqamətləri və yaradıcılıq metodlarını ümumiləşdirmiş və bədii material əsasında izah etmişdir.

Elmi əsərlərinin adları: 1. İbn Kuteybə Dinəvəri. - Bakı: 1998 - 144 s. (rus dilində) 

2. Əbu Bəkr əl-Valibi və onun “Əxbarul-Məcnun va əşaruhu” əsəri, - Bakı: Elm, 1999 - 145 s. 

3. Azərbaycan -ərəb ədəbi əlaqələrindən səhifələr. - Bakı: Elm, 2002 - 210 s.

4. Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında. - Bakı: Elm, 2007 - 214 s.

5. Əli İbn Əbi Talibin divanı. Ərəb dilində filoloji tərcümə (M.V.Muxtari ilə birlikdə). - Bakı: 2001, 168 s.

6. 6.Əl-ədəbul-azəri (Azərbaycan ədəbiyyatı), (Nasr Abbas və əl-Məvafi ilə birgə), Əbu Dabi, 2013. - 250 s. (ərəb dilində).

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: AMEA Nizami adına Ədəbiyyat institutundakı D 01.131-Dissertasiya şurasının üzvü və elmi katibi;

- AMEA Nizami adına Ədəbiyyat institutunun Elmi Şurasının üzvü;

- Filologiya elmləri üzrə Problem Şurasının üzvü.

Pedaqoji fəaliyyəti:1993-2011 Bakı Dövlət Universitetində ərəb ədəbiyyatı müəllimi; 

- 1997-2006 – Bakı Asiya Universitetində ərəb dili və ədəbiyyatı; müəllimi

- 1999-2010 – Bakıdakı Misir Mədəniyyət Mərkəzində ərəb dili müəllimi;

Digər fəaliyyəti: 1994-1997 – “ Nizami Gəncəvi” jurnalının ədəbiyyat şöbəsinin müdiri

Təltif və mükafatları: 2004; 2013 – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin Fəxri Fərmanı

Əsas iş yeri və ünvanı: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AZ1073, Bakı ş., Hüseyn Cavid prospekti, 115

Vəzifəsi: Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri

Əlaqə: xidməti tel. (+994 12) 5103425; mobil tel. (+994 50) 3664062;  ev tel.(+994 12) 4415478 ; Faks: (+994 12) 5102092

E-mail: imamverdi.hamidov@mail.ru

SİZƏ MARAQLI OLA BİLƏR