Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YÜBİLEYLƏR

Nüşabə Həmid qızı Araslı

01-02-2017 [ 10:10 ] [ oxundu:93 ]
printerA+ | A-

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Elm Mərkəzi ilə birgə görkəmli alim, Türk Dil Qurumunun, İraq Elmlər Akademiyasının fəxri üzvü, əməkdar elm xadimi, "Şərəf nişanı" ordenli akademik Həmid Araslınınanadan olmasının 100 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirmişdir.

AMEA-nın birinci vitze-prezidenti, akademik Arif Həşimov Azərbaycan elminin fəxri Həmid Araslının yaradıcılıq fəaliyyətindən danışmışdır.

Professor Xəlil Yusiflinin "Akademik Həmid Araslının həyat və yaradıcılığı", dosent Natella Əliyevanın "Həmid Araslı və Şərq xalqları ədəbiyyatı", Cahan Ağamirovun "Akademik Həmid Araslı irsində Nizami və türkçülükmövzusu" və Samir Pişnamazzadənin "Həmid Araslı yaradıcılığında bəzi məqamlar" mövzularında məruzələri dinlənilmişdir.

Məruzələrdən sonra akademik Həmid Araslının həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sənədli filmə baxış olmuşdur.

Elmi-praktiki konfrans Həmid Araslının yaxın dostu və məsləkdaşı olmuş görkəmli alim və yazıçı, professor Mir Cəlal Paşayevin ev-muzeyində davam etdirilmişdir.

İştirakçılar muzeyin eksponatları ilə yaxından tanış olmuşlar. Akademik Həmid Araslının qızı, filologiya elmləri doktoru Nüşabə Araslı atası ilə bağlı xatirələrini danışmışdır.

Konfransın sonunda atasının irsinə göstərilən diqqət və qayğıya görə Nüşabə Araslı ailə üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.