AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Zəki Bayram Yurdçunun 60 illik yubileyi və “Ömür – axar su kimi” şeirlər kitabının təqdimatı keçirilib. Atatürk Mərkəzində baş tutan tədbirdə ədəbiyyat və mədəniyyət xadimləri, müəllifin həmkarları iştirak ediblər.
Mübariz Məsimoğlunun moderatorluğu ilə keçən tədbirdə Ədəbiyyat İnstitutunun alimlərindən filologiya elmləri doktorları Akif İmanlı, Yaşar Qasımbəyli, Pərvanə Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Rasim Nəbioğlu, Qürbət Mirzəyev, Qədim Qubadoğlu, Gülnar Səma, şair İbrahim Yusifoğlu və digərləri çıxışlarında Zəki Bayram Yurdçunun şair və alim kimi xarakterik yaradıcılığından söz açıblar. Yubileydə Ağacəfər Həsənli, İlqar Türkoğlu, Bəsti Əlibəyli, Nazilə Gültac, İradə Aytel, Zakir Ağdamlı, Elçin Muradxanlı Məmməd Tahir və digər qələm adamları yubliyarı təbrik edərək, yeni kitabının məziyyətlərindən danışıblar. Təqdimatın sonunda Zəki Bayram Yurdçu iştirakçılara minnətdarlığını bildirib, şeirlərini səsləndirib. Sonda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında çap olunan 364 səhifəlik kitabın redaktoru Ayaz Arabaçı, rəssamı Sehran Allahverdidir.