Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Çinli alimlərlə Çin Tədqiqatları Mərkəzində görüş keçirildi

06-09-2025 [ 08:53 ] [ oxunub:10 ]
printerA+ | A-
105855

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çindən gəlmiş alimlərlə görüş keçirilib.

Çinin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini professor Çzin Çje, Mərkəzi Asiya və Qafqaz tədqiqatları şöbəsinin müdiri Zhang Ning, həmin institutun əməkdaşları Jiang Jing, Lyu Çang və Sun Danmen Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzində olublar.

Qonaqlara institutun tarixi, əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli Azərbaycan və Çin arasında yüksək siyasi münasibətlərin olduğunu və bu münasibətlərin elmi əlaqələrin inkişafına da böyük perspektivlər açdığını vurğulayıb. O, Ədəbiyyat İnstitutunda 2015-ci ildən Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini, bu mərkəzdə Çin dilinin tədris edildiyini və qarşılıqlı elmi əlaqələrin dissertasiya və plan işləri miqyasında araşdırıldığını diqqətə çatdırıb.

Professor Çzin Çje Ədəbiyyat İnstitutunda Çinlə qarşılıqlı elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsində görülən işlərdən məmnunluğunu bildirib və gələcəkdə ortaq layihələrin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri dosent Ağahüseyn Şükürov, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli, Mərkəzin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova, koordinatoru Nərgiz Kərimova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar İsayeva və Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin digər əməkdaşları da iştirak ediblər.

SİZƏ MARAQLI OLA BİLƏR