Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Nizamişünas alimin “Nızamı Gəncəvinin “Xəmsə” ənənəsi və Xacu Kirmani” adlı məqaləsi SCOPUS dərgisində nəşr olunmuşdur

05-09-2025 [ 10:36 ] [ oxunub:34 ]
printerA+ | A-
105853

 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevanın “NIZAMI GƏNCƏVİNİN “XƏMSƏ” ƏNƏNƏSİ VƏ XACU KİRMANİ” adlı məqaləsi Beynəlxalq  SCOPUS aktiv məlumat bazasına daxil olan “HAYAT JOURNAL” multidisciplinar dərgidə  nəşr olunmuşdur (Hayat || V-14 || Issue 09, 2025, p.1-9).

                                                                 

 Məqalədə göstərilir ki, XII əsrdə çox yüksək zirvəyə qalxmış Azər­bay­can poeziya  mək­tə­bi­nin qüdrətli söz ustadı Nizami Gəncəvi (1141-1209) özünün “Xəmsə” yaradıcılığı ilə Yaxın və Orta Şərq xalqları poeziyasında epik janrın inkişafının sonrakı parlaq gələcəyini müəyyənləşdirmişdir. Nizami Gəncəvi Şərq müsəlman renessansının əsas xüsusiyyətlərini - humanizmi, insanın aliliyi haqqında ideyaları dövrün ədəbiyyatının aparıcı prinsiplərinə çevirmişdir. O, “Xəmsə” mövzuları vasitəsilə müxtəlif moduslar və qatlar daxilində Şərq xalqlarının bədii-nəzəri fikrini yenidən canlandırmışdır və Nizaminin “Xəmsə” mövzuları bəşər mədəniyyətində yeni ədəbi mərhələ və istiqamətin başlanğıcı olmuşdur.

Məqalədə alim Yaxın Şərq ədəbiyyatında “Xəmsə” ənənəsinin inkişafınnı nəzəri prinsiplərini müəyyənləşdirir və Nizami Gəncəvinin “Xəmsə” mövzularının  XIV əsrin görkəmli İran şairi Xacu Kirmani  yaradıcılığına təsirini öyrənir.

    Yeni nəşr olunan bu məqalə uzun bir mərhələdə Yaxın Şərq xalqları arasında davam edən ədəbi-mədəni əlaqələrin öyrənilməsində mühüm mənbədir.

SİZƏ MARAQLI OLA BİLƏR