Əsas fəaliyyət istiqamətləri: Şöbə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun www.literature.azsaytını idarə edir, Azərbaycan ədəbiyyatşünaslığına dair ənənəvi və rəqəmsal informativ və biblioqrafik resurslar istehsal edir. Rəqəmsal cəmiyyət və elmi mühitin qlobal tendensiyaları çərçivəsində populyarlaşma proseslərinin elmi araşdırılması proseslərinə rəhbərlik edir. Nüfuzlu elmi bazalarda - “Scopus”, “Web of Science” , “Google Scholar” və s. - İnstitut əməkdaşlarının elmi yaradıcılıq məhsullarının yerləşdirilməsi, dünya elmi mühitinə tanıdılması proseslərini həyata keçirir, sosial media hesablarında - Facebook, Twitter, Instagram, YouTube ("Ədəbi yaddaş xəzinəmiz", "Tədqiqatçı sözü") və s. - müxtəlif mövzularda informativ resurslar, layihələrlə Azərbaycan ədəbiyyatşünaslıq elminin nailiyyətlərini, tarixini, şəxsiyyətlərini ictimaiyyətə təqdim və təbliğ edir.
Şöbə həmçinin İnstitut əməkdaşlarına və ümumiyyətlə humanitar elmi mühitə nüfuzlu elmmetrik bazalar, dissertasiya mövzuları üzrə bazalar, biblioqrafik bazalar üzrə axtarışlar və məlumatlandırma, akademik sosial şəbəkələrdə profillərin yaradılması və idarə edilməsi və s. kimi elektron xidmətlər göstərir.
Yaranma tarixi: 2000-ci il - AMEA Rəyasət Heyətinin qərarı ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində “İnternet-intellekt” nəzəri-eksperimental laboratoriyası təşkil edilir;
2001-ci il - AMEA Rəyasət Heyətinint qərarı ilə Laboratoriya daha innovativ fəaliiyət istiqamətlərinə və struktura malik "Elmi informasiya və biblioqrafiya" şöbəsi kimi təşkil edilir. 2001-ci ildən yenilənmiş struktur hissəyə 2013-cü ilin mart ayına qədər AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Əmin Tahir oğlu Əfəndiyev (1933-2014) rəhbərlik etmişdir.
2013-cü il - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin göstərişi ilə şöbə "Elmi informasiya və tərcümə" adlandırılaraq yeni fəaliyyət istiqamətləri müəyyən edildi.
Əsas nəşrləri: “Kamal Talıbzadə” (2001), “Yaşar Qarayev”, “Azadə Rüstəmova” (2003), “Azərbaycan” (1923-2003) (2004), “Həmid Araslı” (2009), “Islam Ağayev” (2014), “Ədəbiyyat qəzeti” (Birinci cild 1934-1964) (2014), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşrləri (2012; 2013; 2014; 2015; 2016; 2017; 2018; 2019; 2020), “Mirzə Fətəli Axundzadə-200”, “Akademik İsa Həbibbəyli”, Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutunun əməkdaşlarının nəşrləri” (biblioqrafik salnamə - 2013-cü ildən bu günə kimi hər il yeni buraxılışı nəşr edilir),"Ədəbiyyat Məcmuəsi"nin biblioqrfiyası (2013), “Müstəqllik dövründə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müdafiə edilmiş dissertasiyaların biblioqrafiyası”(2024) və s. şəxsi və elmi-sahəvi biblioqtrafik göstəricilər.
Elektron resurslar: "Ədəbiyyatşünaslığımızın “Qarabağnaməsi” EMB; “Ədəbiyyatşünas alimlərimiz” EMB; "Nizami Gəncəvi", "İmadəddin Nəsimi" EMB, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu” EMB, “Ümummilli Lider Heydər Əliyev” EMB və s. Video-təqdimatlar (təkcə 2024-cü ildə hazırlanmış təqdimatlar (slayd-təqdimatlar və videoresurslar) – 3 894 slayd 38 videoçarx).
Layihələr: Şöbə “Nadir nəşrlərin mühafizəsi və konservasiyası” (YUNESKO), “Azərbaycan ədəbiyyatı xəzinəsi “Azeribooks” SD nəşri”, “Azərbaycan dilinin tərcümə xəzinəsi” (YUNESKO), “Qafqazın yaddaşı: milli-dini-etnik tolerantlıq”, “Uşaqlar və kitablar: gələcəyin dialoqu” və s. Azərbaycan Respublikasının 2003-2008-ci illərdə inkişafına dair Dövlət proqramı üzrə “Ədəbi yaddaşımız “Ədəbiyyat qəzeti”, “Qutenberq-Azərbaycan elektron kitabxanası” və s. layihələrin iştirakçısı və rəhbəri olmuşdur.
Şöbənin kadr tərkibi:
Zakirə İmamverdi qızı Əliyeva - filologiya üzrə fəlsəfə doktoru, dosent - şöbə müdiri
Sona Musa qızı İbrahimova - baş mütəxəssis
Aynur Cəfər qızı Yusifova - baş mütəxəssis
Sevil Sədi qızı Abdullayeva - baş mütəxəssis
www.literature.az - proqram təminatçı Time4soft şirkəti - Ruslan Əliyev
Əlaqə: 994 012 510 18 02