AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fil.f.d., dosent Elnarə Qaragözova 14 iyun 2025-ci il tarixində İctimai radioda Pərvanə Nadirqızının aparıcılığı ilə yayımlanan "Can Azərbaycan" verilişində Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi münasibətilə "Yusif Səmədoğlunun həyatı və yaradıcılığı" monoqrafiyasından söhbət açıb. Verilişdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Sənətkarın elmi pasportu" seriyası haqqında da məlumat verilib, bu layihənin elmi, ictimai, maarifçi, ədəbi əhəmiyyəti xüsusi vurğulanıb.