Doktorant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010- cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275 nömrəli Sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2025-ci il üçün fəlsəfə doktoru proqramları üzrə doktoranturaya (əyani və qiyabi) qəbul elan edilmişdir. Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Sənəd qəbulu” komissiyası yaradılmışdır. Namizədlərin sənəd qəbulunu asanlaşdırmaq, təlimatlandırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Plan yerlərinə əsasən bu il Ədəbiyyat İnstitutuna, 5715.01-Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid ixtisası üzrə 2 yer (1 əyani, 1 qiyabi), 5716.01-Azərbaycan ədəbiyyatı ixtisası üzrə 4 yer (2 əyani, 2 qiyabi), 5717.01- Türk xalqları ədəbiyyatı ixtisası üzrə 3 yer (2 əyani, 1 qiyabi), 5718.01- Dünya ədəbiyyatı ixtisası üzrə 2 yer (1 əyani, 1 qiyabi) qəbul yerləri verilmişdir.
Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMS) vasitəsilə, elektron qaydada (portal.edu.az. saytında) 13.05.2025-ci il tarixindən 2.06.2025-ci il tarixinədək davam edəcək.
Ərizə, razılıq məktubu ilə bağlı İnstitutun Təhsil şöbəsinə müraciət edə bilərsiz.
Təhsil şöbəsi