AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizovanın “İmadəddin Nəsimi – tədqiqlər, məqalələr, məruzələr” kitabı “Elm” nəşriyyatında işıq üzü görüb.
Kitabın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Nəşrdə şairin həyatı, doğum və vəfat etdiyi məkan, eləcə də orta əsr və nisbətən yaxın dövr müəlliflərinin verdikləri digər bioqrafik təfsilatlar haqqındakı ən müxtəlif fikirlər araşdırılıb.