Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Zəhra Allahverdiyeva. Nizami Gəncəvi irsinin tədqiq tarixi və ədəbi təsiri

26-12-2019 [ 11:02 ] [ oxunub:114 ]
printerA+ | A-
99579

Низами Гянджеви: История изучения и литературное влияние великого Азербайджанского поэта - Баку: Elm və təhsil, 2019.-232 стр.

Azərbaycan nizamişünaslığının orta nəsil nümayəndələri içərisində öz dəst-xətti ilə tanınan tədqiqatçı - alim, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyevanın «Nizami Gəncəvi irsinin tədqiq tarixi və ədəbi təsiri» adlı kitabı rus dilində «Elm və təhsil» nəşriyyatında yenicə çapdan çıxmışdır.   

Azərbaycan nizamişünaslığının bir sıra tədqiq problemlərinin həllinə yönəldilmiş bu elmi  araşdırmanın redaktoru – AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, elmi məsləhətçiləri - AMEA-nın müxbir üzvü Nüşabə Araslı və filologiya elmləri doktoru Fəridə Əzizova; rəyçiləri - filologiya üzrə fəlsəfə doktoru, dosent Yelena Teyer və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün  Bağırlıdır.

Təqdim olunan kitabda müəllif Z.Allahverdiyeva Nizami Gəncəvi irsinin öyrənilməsi və ədəbi irsinin təsir dairəsi problemləri ətrafında əhəmiyyətli tədqiqatlar aparmışdır.

Burada ilk növbədə Azərbaycan nizamişünaslığının ən məhsuldar mərhələlərindən biri olan XX əsrin 40-cı illər dövrü tədqiqata cəlb olunur. Alimin qənaətlərinə əsasən, bu dövrdə  Nizami Gəncəvi əsərlərinin nəşri, tərcüməsi, təbliği və aktual nizamişünaslıq problemlərinin öyrənilməsi sahəsində aparılan geniş işlər dünya miqyasında əzəmətli bir məktəbin – Azərbaycan nizamişünaslıq məktəbinin varlığını bir daha təsdiq etdi. S. Mümtaz, Ə.Müznib, Y.E. Bertels, H.Araslı, M. Mübariz, M.Rəsulzadə, M.Rəfili, M.Arif, Ə.Sultanlı, Ə.Ağayev, A.O. Makovelski, Mir Cəlal, C.Xəndan, M.Cəfər kimi Azərbaycan alimlərinin müstəsna zəhməti və səyi nəticəsində nizamişünaslığın nailiyyətləri dünya elminin inkişafı səviyyəsinə çatdırıldı. Onların fəaliyyətinin bəhrəsidir ki, bu gün Azərbaycan Nizami Gəncəvi irsinin öyrənilməsi, tədqiqi və təbliği işində dünya üzrə əsas koordinat – mərkəzə çevrilmişdir.

Təqdim olunan monoqrafiyada müəllif Nizami Gəncəvinin «Xəmsə» mövzularının zənginliyini, şairin ideya və bədii üslubunun çoxşaxəli xüsusiyyətlərini, ədəbi təsir dairəsinin Şərq ölkələrində geniş masştabını göstərir və «Nizami Gəncəvi və Xacu Kirmani» yaradıcılığına həsr olunmuş silsilə  əhəmiyyətli araşdırmalar aparır.

Kitabın son «Biblioqrafiya» hissəsində yer almış 1300-dən artıq biblioqrafik göstərici müasir elmi inteqrasiya dövründə dünya nizamişünaslığının müxtəlif istiqamətlərinin öyrənilməsi işində əhəmiyyətli mənbədir.

SİZƏ MARAQLI OLA BİLƏR