16 dekabr 2019-cu ildə Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Elmi Şurasının təntənəli iclası çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Azərbaycan-Rusiya ədəbi əlaqələri: ənənələr, reallıq və perspektivlər" mövzusunda məruzə ilə çıxış etmişdir.
Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu arasında elmi əlaqələrin, əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsinin vacibliyini qeyd etmiş və bununla əlaqədar bir sıra təkliflərini bildirmişdir.