Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Salidə Şərifova Çində “Bir kəmər - Bir yol”: mədəniyyət sahəsində humanitar əməkdaşlıq” adlı beynəlxalq seminarda

19-11-2018 [ 13:27 ] [ oxunub:210 ]
printerA+ | A-
95175

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Şərifova Salidə Şəmməd qızı Çin Xalq Respublikasında (ÇXR) “Bir kəmər, bir yol” quruculuğunun və Çin və Avrasiya ölkələri arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Çin İctimai Elmlər Akademiyasının 29 oktyabr - 09 noyabr 2018-ci il tarixlərində təşkil etdiyi “Bir kəmər - Bir yol” təşəbbüsü çərçivəsində mədəniyyət sahəsində humanitar əməkdaşlıq və qarşılıqlı əlaqələr” adlı beynəlxalq seminarda iştirak etmişdir. Çin Xalq Respublikasının Pekin, Şanxay, Lanfan və Sian kimi şəhərlərində təşkil edilmiş seminar çərçivəsində f.ü.e.d. Salidə Şərifovanın «Один пояс-один путь: перспективы исследования и распространения современной литературы Китая» məruzəsi böyük maraqla qarşılanmışdır.

“Bir kəmər-Bir yol” təşəbbüsü çərçivəsində mədəniyyət sahəsində humanitar əməkdaşlıq və qarşılıqlı əlaqələr” adlı beynəlxalq seminarda Çin İctimai Elmlər Akademiyasının “Bir kəmər-Bir yol” tədqiqat mərkəzinin direktor müavini h.ü.e.d. cənab S.Vanın, Çin İctimai Elmlər Akademiyasının “Bir kəmər-Bir yol” tədqiqat mərkəzinin baş katibinin müavini h.ü.e.d. cənab V. Syuyun, Çin İctimai Elmlər Akademiyasının “Bir kəmər-Bir yol” tədqiqat mərkəzinin direktor müavini h.ü.e.d. Çin İncəsənət Akademiyasının mədəni strategiyasının inkişaf mərkəzinin direktor müavini Ç.Çjenin, məşhur rəssam, Beyxan Universitetinin professoru S.Feyin, Çin kommunikasiya universitetinin Kommunikasiya institutunun professoru xanım Y.Çjan, uşu üzrə hakim, Paytaxt bədən tərbiyəsi institutunun professoru xanım T. Menin, Çinin məşhur jurnalisti Ç.Syanın, Çin Tibb akademiyasının tərkibində olan “RenEnDaoJi” adlı beynəlxalq tibb akademiyasının direktoru Ç.Linin, Sişuan vilayətində “Kanhuey” turizm şirkətinin qurucusu və prezidenti S.Çounun, Çanzay-Holdinqin proqram menedjeri F.Cinin və digər Çin ziyalı və mütəxəssislərin  ustad dərsləri dinlənilmişdir.

“Bir kəmər-Bir yol” təşəbbüsü çərçivəsində mədəniyyət sahəsində humanitar əməkdaşlıq və qarşılıqlı əlaqələr” adlı beynəlxalq seminarda Azərbaycanın, Rusiyanın, Belarusiyanın, Gürcüstanın, Ermənistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Özbəkistanın, Ukraynanın, Moldavanın nümayəndələri iştirak etmişdir.

 

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR