Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Ədəbiyyat İnstitutunun əməkdaşları “III Beynəlxalq Sədrəddin Konevi Simpoziumu”nda

12-11-2018 [ 13:37 ] [ oxunub:96 ]
printerA+ | A-
94831

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları fil.ü.f.d., dosent Cavidə Məmmədova və f.ü.f.d. Xanım Zairova 19-20 oktyabr 2018-ci il tarixlərində Konyada Nəcməddin Ərbakan Universitetinin, Məram Bələdiyyəsi Konevi Araşdırma Mərkəzinin iş birliyi ilə keçirilmiş “III Beynəlxalq Sədrəddin Konevi Simpoziumu”nda iştirak ediblər.

Cavidə Məmmədovanın  “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında təsəvvüf fəlsəfəsi” adlı məruzəsində ədəbiyyatımızda təsəvvüf fəlsəfəsinin mövqeyi izah edilmişdir. Məruzədə böyük mütəfəkkir Sədrəddin Konevinin Azərbaycan bədii-fəlsəfi düşüncəsinə təsir göstərən görüşlərinin H.Cavidin, Ə.Vahidin və digər şairlərin yaradıcılığı əsasında təhlili maraqla qarşılanmışdır.

Xanım Zairovanın “Klassik Alman poeziyasında təsəvvüf” başlıqlı məruzəsində Şərq təsəvvüf şeirinin Avropa ədəbiyyatında yeri, xüsusən, Alman ədəbiyyatına təsiri məsələlərinə aydınlıq gətirilmişdir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR