Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

"Azərbaycan ədəbiyyatşünaslığı" 2024-cü il, 1 sayı

17-09-2024 [ 10:27 ] [ oxunub:609 ]
printerA+ | A-
104800

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının növbəti (2024
№1) sayı nəşr olunub. 1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap
olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin
siyahısına daxildir.
“Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru AMEA-nın
prezidenti, akademik İsa Həbibbəylidir. Bu say akademik İsa Həbibbəylinin
“Böyük Azərbaycan şairi Məhəmməd Füzuli haqqında söz” adlı məqaləsi ilə
açılır. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün
Bağırlı, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə
Talıbovadır.
Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini
araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən
elmi-nəzəri nəşrdir. “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu
nömrəsi “Məhəmməd Füzuli - 530”, “Azərbaycan ədəbiyyatı” və “Mətbuat
tarixi” bölmələrindən ibarətdir.
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə
Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və
Monqolustanın alimləri daxildir. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan,
rus, ingilis və türk dillərində dərc edilir.

SİZƏ MARAQLI OLA BİLƏR