Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

Ədəbiyyat İnstitutu beynəlxalq forumda təmsil olunub

08-05-2018 [ 16:27 ] [ oxunub:277 ]
printerA+ | A-
80749

Rusiya Federasiyasının Stavropol şəhərində keçirilən “Müasir cəmiyyətdə gənclər: ictimai birliyə, mədəniyyətə və sülhə doğru” Beynəlxalq forum keçirilib. Forumda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu (AMEA) təşkilatın Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov təmsil edib. Xatırladaq ki, forumda Azərbaycanla yanaşı, Avstriya Almaniya, Türkiyə, Polşa, Çin və Rusiyanın müxtəlif şəhərlərindən olmaqla minə yaxın alim iştirak edib.

Beynəlxalq forumun təşkilatçılarından biri Azərbaycan Milli Elmlər Akademiyasıdır. Tədbirin açılışında AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəylinin video müraciətini dinlənilib. Akademik İsa Həbibbəyli Azərbaycanla Rusiya elm və təhsil müəssisələri arasındakı mövcud əməkdaşlıq və bu əməkdaşlığın gələcək inkişaf perspektivləri haqqında danışıb.

Dr. Samir Səttarov forumun ekspertlər şurasının üzvü kimi cənab Prezident İlham Əliyevin ölkəmizdə apardığı uğurlu gənclər siyasəti, informasiya texnologiyalarının Azərbaycan gəncliyinə təsiri haqqında iştirakçılara geniş məlumat verib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR