Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Məqalələr

Akademik İsa Həbibbəyli. Maarifçilik və realizm

19-12-2017 [ 12:04 ] [ oxunub:556 ]
printerA+ | A-

Azərbaycan ədəbiyyatı tarixində XIX əsr ədəbiyyatı müstəsna dərəcədə əhəmiyyətli yer tutur. Bu, Azərbaycan ədəbiyyatının bütün tarixi ərzində tamam yeni keyfiyyətlərə malik olan ədəbiyyat idi. 

Dövrün əsas aparıcı istiqamətini maarifçilik hərəkatı müəyyən etdiyi üçün ədəbiyyatda da maarifçi ideyalar əvvəlki əsrlərin heç birində ədəbi-ictimai fikrə bu qədər geniş şəkildə hakim ola bilməmişdir. Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ölkənin müstəqillik uğrunda mübarizə əzmini qırsa da, eyni zamanda maarifçilik baxımından xalqı sürətlə qabağa aparmağa şərait yaratmışdır. Artıq Qərb maarifçiliyi üstündə köklənmiş Rusiya İmperiyasının tərkibində fəaliyyət göstərməli olan Azərbaycan maarifçi mühitin ab-havasında yaşamağa başlamışdı. Azərbaycan cəmiyyətinin yaxından bağlı olduğu Türkiyədə də bu dövrə artıq “Qərb həyatının ünsürləri təqlid və ya moda şəklində gündəlik həyata girmişdir” (Əhməd Həmdi Tanpınar. XIX əsr Türk ədəbiyyatı tarixi. Türkiyə, İstanbul, Yapı kredi yayınları, 2006, səh.128). Beləliklə, Qərb maarifçiliyi XIX əsr Azərbaycanı üçün əsas ideya və hədəfə çevrilmişdir. Və cəmiyyət həyatının bütün sahələrini hərəkətə gətirən maarifçi ideyalar Azərbaycan ədəbiyyatının da əsas mahiyyətini təşkil edirdi. XIX əsrdə dövrün ən mühüm ideyası (bəlkə də ideologiyası - İ.H.) maarifçilik, ədəbiyyatın isə əsas inkişaf istiqaməti maarifçi realizm idi.

Ardını oxumaq üçün: bura tıkla.

SİZƏ MARAQLI OLA BİLƏR