Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Bizə və Bizdən yazırlar

Sabirabadda “Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib

12-05-2022 [ 12:18 ] [ oxunub:611 ]
A+ | A-

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Sabirabad Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin Sabirabad rayonunun şəhər mərkəzində yerləşən abidələri ziyarət olunub.

Konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Sabir Fondunun təsisçisi və prezidenti Sevda Tahirli, digər elm xadimləri, yazıçı, şair və publisistlər, həmçinin rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sabirin həyatı və yaradıcılığına dair müxtəlif mövzularda məruzələr oxunub, şairin zəngin yaradıcılığı fərqli aspektlərdən təhlil olunub.

Konfrans bitdikdən sonra görkəmli şairin Sabirabad rayonunda yaşayan qohumu Afət Tahirzadənin ailəsi ziyarət edilib, şairin bir zamanlar sabun bişirib satdığı tiyan ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

https://azertag.az/xeber/Sabirabadda_Mirze_Alekber_Sabirin_senet_ideallari_ve_muasir_dovr_adli_konfrans_kechirilib-2130941

FOTO QALEREYA