Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

KeyQubad, Bərgüşad mahalı… və bugünün Qubadlısı - Dlarə Ailgil

13-10-2023 [ 21:44 ] [ oxunub:396 ]
printerA+ | A-
103806

Ge­cə­lər qrad atır­dı­lar, qı­za­ra-qı­za­ra gə­lir­di, sə­si də va­hi­mə­li id,  eşi­dən­də  ye­rə ya­tır­dıq.

      (Uşaq­lıq­la­rı­nı Qa­ra­bağ­da qo­yub gə­lən­lə­rin xa­ti­rə­lə­rin­dən...)

İş­lə­di­yim şö­bə qa­ra­bağ­lı­lar­dan iba­rət­dir. Acı­lı-şi­rin­li, se­vinc­li-kə­dər­li xa­ti­rə­lə­ri ilə ya­şa­yıb ge­dir­lər. Keç­mi­şin­də şi­ri­ni, doğ­ma­la­rı, son­ra­sın­da həs­rə­ti, bu gü­nün­də ye­ni ümid­lə­ri ilə. Ras­ta uşaq olan­da çı­xıb Qu­bad­lı­dan. Am­ma sö­zü-söh­bə­ti də elə Qu­bad­lı­dır. Göz­lə­ri yol çə­kə-çə­kə "Ya­zı dü­zü"nü mə­nə təs­vir edir... Yay­lıq ki­mi dal­ğa­la­nan qıp­qır­mı­zı la­lə də­ni­zi­ni san­ki gö­rü­rəm. Də­li­cə­si­nə çi­çək­lə­yən la­lə­lə­rin al­tın­da­kı mi­na "ya­taq­la­rı­nı" da... Qır­mı­zı və qa­ra. Fre­de­rik Sten­da­lın əsə­ri de­yil... Xe­yir və şə­rin due­ti. So­nun­cu də­fə 1987-ci il­də öz ma­şın­la­rı ilə İrə­van­dan ke­çib Kis­lo­vods­ka get­mək­lə­ri­ni xa­tır­la­yır. Qa­yı­dan­da gö­rüb­lər ki, ara qa­rı­şıb. Da­nı­şır ki,  evi­miz ra­yon­da "kas­tin­sa" (qos­ti­ni­sa) adı ilə ta­nı­nır­dı. 3 mər­tə­bə­li idi, iş­ğal­da da son gü­nə qə­dər da­ğıt­ma­mış­dı­lar, ça­xır fab­ri­ki ki­mi iş­lə­dir­miş­lər, tərk edən­də yan­dı­rıb­lar.  Hət­ta, bi­rin­ci mər­tə­bə­də­ki iri so­yu­du­cu­muz da du­rur, sı­nıq-sal­xaq gü­nə qal­sa da.

- Hə­yə­ti­miz­də ma­ra­la qə­dər va­rı­mız idi. Ra­yon­da bir ov­çu var­dı, adı­na "quş Əh­məd" de­yir­di­lər. Hə­yə­tin­də hey­van­xa­na dü­zəlt­miş­di, əsas da vəh­şi və qır­mı­zı ki­ta­ba dü­şən hey­van­lar­dan. Hey­van­la­rı tər­tə­miz qə­fəs­lər­də, kök, tox, ba­xım­lı sax­la­dı­ğı üçün uşaq­lı va­li­deyn­lər bu­ra­dan əs­kik ol­mur­du. Ki­çik qar­da­şım əl çək­mə­di­yin­dən quş Əh­məd ba­la­ca bir cey­ra­nı ona ba­ğış­la­mış­dı. Bu ba­la cey­ran da bi­zim­lə bir bö­yü­mə­yə baş­la­dı və ye­kəl­dik­cə də, qu­laq­la­rı­nı evin, ha­sa­rın di­var­la­rı­na qa­nı çı­xa­na qə­dər sür­tür­dü, uşaq diş çı­xa­ran­da əli­nə ke­çə­ni da­ma­ğı­na sür­tən ki­mi... De­mə, cey­ran yox, ma­ral imiş. Mult­film­lər­də göz qa­ba­ğın­da hey­van­lar bö­yü­yən, mey­və­lər ye­ti­şən, güllər açan ki­mi, bi­zim kör­pə cey­ran da qı­sa za­man­da gö­zəl buy­nuz­lu ma­ra­la çev­ril­di...

Söh­bə­tin axı­rı­nı eşit­mə­yə tə­ləs­di­yim­dən sə­bir­siz­lik­lə so­ru­şu­ram:

- Son­ra nə ol­du, Ras­­ta­­?

- Son­ra... er­mə­ni­lər gəl­di. Özü­müz ne­cə çıx­dıq bil­mə­dik, am­ma atam ilk onu yer­ləş­dir­di, ma­şı­na qo­yub apar­dı, "sən­sə azad ol" de­yib me­şə­yə bu­rax­dı.

Baş­qa qaç­qın­lar­dan da eşit­miş­dim, ev­lə­ri­ni qo­yub çı­xan­da ilk iti açıb bu­ra­xır­mış­lar. Kör­pə uşa­ğı gö­zü­nün içi­nə ba­xa-ba­xa öl­dü­rən, sa­hi­bi­nə və­fa­lı hey­va­na acı­ya­r?

"Qu­bad­lı azad olan­dan son­ra bi­zə hə­yə­ti­miz­dən tor­paq gə­tir­di­lər. Açan­da ağ­la­dıq... Hə­min o so­xul­can­lı tor­paq idi. Anam de­yər­di ki, so­xul­can­lı tor­paq mün­bit olur. Apa­rıb qəb­ri­nin üs­tü­nə tök­düm, "ana, bax, sə­nə çox sev­di­yin Qu­bad­lı tor­pa­ğı gə­tir­mi­şəm", - de­dim. Tor­paq də­yiş­mə­miş­di. Sər­və­ti yağ­ma­lan­sa da... 

Pa­lıd bu yer­lə­rin ar­xa­sı, və­ləs döv­lə­ti idi. Mü­tə­xəs­sis­lər iş­ğal­son­ra­sı re­al və­ziy­yə­ti qiy­mət­lən­di­rə­rək he­sab­la­mış, bu nə­ti­cə­yə gə­lin­miş­dir ki, 300 il­lik qoz ağac­la­rı, ibe­ri­ya ağ­ca­qa­yı­nı, saq­qı­za­ğac, sö­yüd­yar­paq ar­mud, ki­pa­ris, qır­mı­zı pa­lıd və el­dar şam­la­rın­dan iba­rət hek­tar­lar­la ya­şıl mas­siv, mün­bit tor­paq qa­tı er­mə­ni­lər tə­rə­fin­dən məhv edil­miş­dir. Hə­rə­si­nin ya­şı 1600 il he­sab­la­nan 3 ədəd Şərq çi­na­rı tor­pa­ğın Qu­bad­lı­da ucalt­dı­ğı tə­bi­ət abi­də­si idi. Gör­mə­miş­lər vəh­şi bar­bar ki­mi me­şə­lə­rin ca­nı­na da­raş­mış, da­şı­na­nı da­şı­mış, apa­ra bil­mə­dik­lə­ri­ni qı­rıb yan­dır­mış­dı­lar. Əs­lin­də də­yiş­mə­yən bir tor­paq qal­mış­dı, bir də  çay­lar... Düş­mən yed­di­baş­lı əj­da­ha ki­mi ça­yın qa­ba­ğı­nı kə­sib su­yu ge­ri vu­rur­du. On­lar da azad ol­du, su­la­rı du­rul­du.

"Su hə­yat­dır. Hər axan su­yun bir hə­də­fi var­dır, o, hə­ya­tı pay­laş­maq üçün bir yer­lə­rə da­şır..." Gə­lən­lər da­nı­şır ki, ye­nə də Bər­gü­şa­dın su­yu is­ti, Hə­kə­ri buz ki­mi­dir. Ad­la­rın gö­zəl­li­yi­nə bax... Eşi­dən­də də elə bil çay ki­mi axır, qu­la­ğa lay­la ça­lır. La­çın­lı­lar de­yir ki, biz Qu­bad­lı de­mir­dik, "çay" de­yir­dik. "Ça­ya get­dik, çay­dan gəl­dik..." Ra­yon­da çay çox ol­du­ğu üçün. Ağa­lar, Daş­lı də­rə, Tax­ta­kör­pü çay­la­rı Qu­bad­lı tə­biə­ti­nin ya­ra­şı­ğı­dır.

La­kin bu tor­pa­ğın ən bö­yük sər­və­ti onun is­te­dad­lı, və­tən­pər­vər in­san­la­rı­dır. Xalq ya­zı­çı­la­rı Sü­ley­man Rə­hi­mov və Cə­lal Bər­gü­şad, Xalq şa­ir­lə­ri Qa­sım Qa­sım­za­də və Ra­miz Röv­şən, xa­nən­də Ağa­ba­la Ab­dul­la­yev Qu­bad­lı­nın adı­nı elə onun igid öv­lad­la­rı - xalq qəh­rə­ma­nı Qa­çaq Nə­bi, ge­ne­ral-ma­yor Ma­is Bər­xu­da­rov qə­dər yük­sək­li­yə qal­dır­mış, ta­nıt­mış­lar. Şa­ir El­dar Ba­xış son nə­fə­sin­də "Qu­bad­lı alı­nan­da sü­mük­lə­ri­mi ora apa­rıb ata­mın ya­nın­da bas­dı­rar­sı­nız" və­siy­yə­ti­ni et­miş­di. Lə­lə­tə­pə yük­sək­li­yi uğ­run­da ge­dən dö­yüş­də Ma­is Bər­xu­da­rov tan­kın üs­tün­də ön­də ge­də­rək, or­du­nu da ar­xa­sın­ca apar­mış­dı. Ge­ne­ral-ma­yor rüt­bə­si də ona elə gös­tər­di­yi bu qəh­rə­man­lı­ğa gö­rə ve­ril­miş­dir.

Qubadlı azad ediləndən sonra de­yir­dilər ki, ra­yon­da yi­yə­siz do­nuz və er­mə­ni me­yi­di əlin­dən gəz­mək ol­mur. Nə dü­şün­dü­rü­cü pa­ra­lel... Qu­bad­lı ha­ra, do­nuz hara? At izi it izi­nə qa­rı­şıb. Giz­li hik­mə­ti gör­mə­mək müm­kün de­yil, hər kəs özü­nə ox­şa­ya­na can atar, ya­nın­da onu gör­mək is­tə­yər. İş­ğal­dan qa­baq hər ağa­cın ba­şı ha­cı­ley­lək yu­va­sı imiş. İn­di hə­min ağac­la­rın al­tın­da, çir­ka­bın, if­ra­za­tın için­də ya­ra­da­nın "xo­şu­na gəl­mə­yən hey­van"lar  eşə­lə­nir.

Ne­cə də utan­mır­lar. Nə olar düş­mən olan­­da­­? Axı in­di gö­rü­rük ne­cə ya­şa­dıq­la­rı­nı, eyib­lə­ri­ni, mur­dar­çı­lıq­la­rı­nı... Bu qə­dər xa­ri­ci jur­na­list, nü­ma­yən­də he­yə­ti gə­lir Qa­ra­ba­ğa. 10-u "gör­mə­sə" də, bi­ri gö­rür axı, çə­kir, gös­tə­rir. Heç ol­ma­sa on­lar­dan da ol­sa, uta­nır­la­r? Axı in­san hə­mi­şə pi­si­ni giz­lə­dər. Özü də düş­mən­dən. Bə­li, bu da sua­lı­ma özü­mün ca­va­bım. İn­san de­yil­lər! Ol­ma­ya­caq­lar da! İn­san­lıq ha­ra, er­mə­ni hara? Hə­rə özü­nə ya­ra­şa­nı edir. Bir yax­şı ta­nı­şım var, əri atıb, baş­qa qa­dı­nın ya­nı­na ge­dib. Olur... Möv­zu da o de­yil. Siz gö­rə­siz, hə­min qa­dın keç­miş əri üçün nə box­ça yığ­dı... Bəy box­ça­sı. Bü­tün pal­tar­la­rı­nı yu­du, ütü­lə­di, tik­di, çat­ma­ya­nı al­dı. "Al­lah vur­muş­du onu" de­yən­lə­rə qı­sa­ca: "Mə­nim adım­dır", - de­di.

Bir az li­ri­ka­nın ye­ri var... Be­lə bir ya­rı­ger­çək var ki, pro­za için­də­ki poe­zi­ya­nın he­sa­bı­na in­di­yə qə­dər ya­şa­yır. "Elə ki, pa­yız gəl­di və şə­hər tə­zə­dən ça­dır­şə­bi­ni ba­şı­na çək­di, şə­hə­rin öv­za­lı ta­ma­mən də­yi­şi­lir". Əb­dür­rə­him bəy... Ha­va­lar so­yu­ma­ğa, "göy­lər pa­yız­la nə­fəs al­ma­ğa" baş­la­dı... Puş­kin...  İn­di hər şe­yi ha­va­nın üs­tü­nə at­maq, ağır hal­sız­lı­ğa, yün­gül əz­gin­li­yə "ha­va­dan­dır" do­nu ge­yin­dir­mək bir adət olub. O da bu əda­lət­siz­li­yə eti­ra­zı­nı öz ha­di­sə­lə­ri ilə bil­di­rir. Am­ma ən azın­dan unu­du­ruq ki, ha­va də­yiş­mə­səy­di, on nə­fər­dən doq­qu­zu söh­bə­tə nə­dən və ne­cə baş­la­ya­ca­ğı­nı bil­məz­di. Ha­va du­ru­mu haq­qın­da dün­ya­nın bü­tün ya­ra­dı­cı adam­la­rı öz sö­zü­nü de­yib. Şe­ir­də, nəsr­də, mu­si­qi­də, ki­ne­mo­toq­ra­fi­ya­da, ak­va­rel­də... Hə­mi­şə də bu möv­zu­nun ro­man­tik ça­la­rı olub, qəl­bi­mi­zi is­la­dıb. "Sant­ya­qo­da ya­ğış­lar ya­ğır", "Ya­ğış bü­tün iz­lə­ri si­lir", "Ba­kı­da kü­lək­lər əsir", "Nyu-York­da pa­yız", "Şi­rin no­yabr", "Pa­yız haq­qın­da əf­sa­nə", "Si­nop­tik"... "Bir ax­şam tak­si­dən dü­şüb pa­yı­za...", "Göz yaş­la­rı için­də pa­yız dul ki­mi..." və da­ha nə­lər, nə­lər. Ya­ra­dı­cı in­san­lar çox za­man ro­man­tik ol­duq­la­rı üçün bu sı­ra­nı son­su­za qə­dər uzat­maq olar. Hər kə­sin qəl­bi­nin öz ha­va­sı var, hər qəlb bir cür me­teo­həs­sas­dır. Ki­mi­nin qəl­bin­də hə­mi­şə şi­mal­dır, ki­mi­nin­kin­də Şi­mal buz­lu oke­an. Ki­mə isə gü­nəş­li tə­rəf da­ha çox dü­şüb...

27 il­dən son­ra Qa­ra­ba­ğın ha­va mə­lu­ma­tı ye­ni­dən gün­də­mə gəl­di. Şa­ir Şü­ca­ət ölü­mün­dən qa­baq yaz­mış­dı:

Ya­vaş-ya­vaş unu­du­lur Kəl­bə­cər

Bə­zi ürək­lər­də odu qa­lıb­dı

Ha­va bü­ro­su­nun mə­lu­ma­tında

Sək­kiz­cə hərf­lik adı qa­lıb­dı...

Əli­mi­zi yel­lə­yib, ba­şı­mı­zı bu­la­yıb, köv­rə­lə­rək "ki­min üçü­n?" de­mə­yib ("əs­la" de­di­yi­miz nə var­sa qa­pı­nın ar­dın­day­mış mə­gər­sə"), bü­tün var­lı­ğı­mız­la mü­ha­ri­bə ge­dən əra­zi­lə­ri­miz­də­ki me­teo də­yi­şik­lik­lə­ri hə­yə­can­la iz­lə­mə­yə baş­la­dıq.

Pa­yız, sən­dən bir ri­cam var:

Çox tə­ləs­mə, qoy ge­cik­sin bo­ran­lı qar...

Və­tə­ni­min yad əl­lər­də hə­lə əsir tor­paq­la­rı

Dö­yüş­lər­də əs­gə­ri var...                    

(Gü­ney­dən olan Yu­sif Sa­va­la­nın  nəğ­mə­sin­dən)

Ən çox da da­xi­li  ha­va proq­no­zu­na Şu­şa­dan baş­la­ma­la­rı ləz­zət edir­di...

Te­le­fon zən­gi mə­ni Qa­ra­ba­ğın ha­va­sın­dan ayır­dı. Nəz­rin idi, or­tan­cıl nə­vəm... Rus mək­tə­bin­də 9-cu si­nif­də oxu­yur. Azər­bay­can di­lin­dən tap­şı­rıq həll edir­di, kö­mək is­tə­yir­dı, özü də gü­lə-gü­lə:

- Nə­nə, pri­vet, "evin yı­xıl­sın" cüm­lə­si­nə an­to­nim nə ya­zı­m?

- Evin ti­kil­sin!

- Bəs, "Al­lah qo­ru­su­n?"

Du­rux­dum. Ye­nə də, "lə­nət şey­ta­na" de­yib ca­vab ver­dim:

- Al­lah öl­dür­sün...

- A es­li, "bəb­bəxt ola­sa­n?"

Bu hal gül­mə­li ol­maq­dan çı­xır­dı... Yax­şı ki, "Al­lah ba­şı­na daş sal­sın"ı so­ruş­mur tap­şı­rıq... Bu fi­kir­lər­lə və kü­çə­dən səs eşit­di­yim­dən pən­cə­rə­yə ya­xın­laş­dım. Kü­lək ya­ğı­şı qa­ba­ğı­na qa­tıb qo­vur­du. Bir an­lıq bax­dı­ğım his­sə­yə qa­ran­lıq çök­dü. Quş­lar qa­tar­la is­ti öl­kə­lə­rə kö­çür­dü­lər. Bəl­kə də, bi­rin­ci də­fə idi bu­nu can­lı gö­rür­düm. Uşaq vaxtı pa­yı­zın təs­vi­ri­nə kö­çə­ri quş­la­rı çək­mək­lə baş­la­yır­dım. İki qöv­sü bir­ləş­di­rib bir-bi­ri­nin ar­dın­ca dü­zür­, uçub ge­dən dəs­tə­ni öz alə­mim­də be­lə tə­səv­vür edir­dim. İb­ti­dai si­nif ki­tab­la­rı­mız­da da uzaq­la­şan dur­na­la­rın üç­bu­caq­lı qa­ta­rı pa­yız mən­zə­rə­si­nin par­ça­sı ki­mi ya­dım­da qa­lıb. Əsl ha­va içi­miz­də olan­dır... Cəb­hə­də­ki­lə­ri fi­kir­ləş­dim.  Əf­qa­nıs­tan­da vu­ruş­muş bir əs­gə­rin söz­lə­ri­ni xa­tır­la­dım: "Qış­da çay­da çim­mi­şəm".  Bur­nu­ma ba­rıt qo­xu­su gəl­di... Dö­yüş zo­na­sın­dan uzaq, la­kin dö­yü­şün tam or­ta­sın­da olan, er­mə­ni­lə­rin ikin­ci "Sta­linq­ra­da çe­vir­mək" is­tə­di­yi Tər­tə­ri, Gən­cə­də­ki, Min­gə­çe­vi­də­ki mül­ki əha­li­ni dü­şün­düm. Hə­lə qə­dim Ar­ra­nın ana­sı, pay­tax­tı  Bər­də... Mən­bə­lər­də "Qaf­qaz Al­ba­ni­ya­sı­nın qəl­bi" ad­lan­dı­rı­lan, hər da­şı­nın üzə­rin­də əsr­lə­rin to­zu olan Bər­də. Mü­ha­ri­bə­nin baş­lan­ma­sın­dan 1 ay son­ra - okt­yab­rın 28-də əli yer­dən-göy­dən üzü­lən düş­mən Bər­də­yə içə­ri­sin­də 144 bom­ba­cıq olan "Smerç" tip­li 2 ədəd bal­lis­tik ra­ket at­mış, nə­ti­cə­də 27 nə­fər dinc sa­kin şə­hid ol­muş, 70 nə­fər ya­ra­lan­mış­dı. Dü­şün­düm de­yən­də ki, elə işi­miz, əli­miz­dən gə­lən on­la­rı dü­şün­mək, nə­fəs çək­mə­dən dua et­mək idi. O mül­ki əha­li­ni ki, atış­ma kə­sən­də na­ra­hat olur: "Bir­dən mü­ha­ri­bə da­ya­nar a? İşi­miz ya­rım­çıq qa­lar. On­suz da təz­yiq­lər çox­dur. Heç vaxt  Qə­lə­bə­yə bu qə­dər ya­xın ol­ma­mı­şıq..." Bu gö­rün­mə­miş ha­di­sə, hə­yat-mə­mat mə­sə­lə­si idi. İn­san­lar şəx­si ma­raq­la­rı­nı ümum­mil­li ma­raq­la­rın içə­ri­sin­də əri­dib qə­lə­bə, in­ti­qam təş­nə­si ilə mü­ha­ri­bə­nin so­na qə­dər da­vam et­mə­si­ni is­tə­yir­di­lər. Dün­ya­nın heç bir xa­ra­ba­sın­da ar­xa­da bu qə­dər it­ki ol­mur. Bil­mir­dik ön cəb­hə­də şə­hid ol­muş əs­gə­ri ağ­la­yaq, yox­sa onun ev­də be­şik­də uyu­yan ba­la­sı­nı. Dün­ya da rəs­mi­si-sı­ra­vi­si qa­tı­şıq di­van­da otu­rub  bi­zə fo­kus­lan­mış nə­zər­lə­ri ilə bu dəh­şə­ti iz­lə­yir­di.

Kaş elə dər­di­miz dərs­lik­də­ki qü­sur­lar olay­dı... Qa­ra­bağ­da isə bu an ley­san, do­lu, gül­lə, mər­mi, ko­ro­na və er­mə­ni vi­ru­su ya­ğır­dı. Qa­ra­bağ­da ha­va­nı əs­gər­lə­ri­miz tə­yin edir­di.

 

https://olaylar.az

13 oktyabr,  2023

SİZƏ MARAQLI OLA BİLƏR