Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Ulu Öndər Heydər Əliyev obrazı Azərbaycan poeziyasında - Mərziyyə Nəcəfova

19-05-2023 [ 10:35 ] [ oxunub:294 ]
printerA+ | A-
103387

“Ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında Ümummilli Lider Heydər Əliyevin  ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Görkəmli  dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin ədəbiyyat siyasətinin  banisi və yaradıcısıdır. Əslində Azərbaycan xalqının son əlli ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev müstəqillik dövrünün ədəbiyyatı  haqqında Heydər Əliyev təlimini yeni müdəalarla zənginləşdirərək yaradıcı şəkildə inkişaf etdirir. Hesab edirik ki, ən yeni Azərbaycan ədəbiyyatının  qarşısında duran bir məsul vəzifə də yeni tarix epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən ümumiləşmiş, parlaq bədii obrazını yaratmaqdan ibarətdir.” 

      Ulu Öndər haqqında yazılan məqalə və kitabları oxuyarkən ilk diqqətimi çəkən Heydər Əliyevin Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında söylədiyi möhtəşəm fikirlər oldu.”Mustafa Kamal Atatürkün xidmətləri bir də ondan ibarətdir ki, o, türkiyə cumhuriyyətinin nəyinki əsasını, təməlini qoydu, həm də onu qurdu, onun bütün təsisatlarını yaratdı, böyük dövlət etdi, bugünkü nəslə, gənclərə əmanət edərək özünü əbədiyyətə qovuşdurdu.” (1, s. 9) Bu fikirlər bu gün  böyük Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev haqqında söyləyir. Azərbaycanın elə sahəsi yoxdur ki, Heydər Əliyev o sahənin yenidən qurulmasına və inkişafında böyük rolu olmasın. Məhz bu səbəbdən hər zaman tariximizin əkiz qardaşı olan söz sənətimizdə-ədəbiyyatımızda ölməz Ulu Öndərin obrazını görürük. Bu nümunələr Heydər Əliyev dühasını, müdrüklüyünü və ölümsüzlüyünü əsirlərdən əsirlərə möhürləyəcək.

 Azadlıq allahı tək əyləşib öz yerində,

 Yerin -göyün nuru var peyğəmbər gözlərində.

  Sadəliyi nur saçır, əzəməti dərində.

  Gedir, polad çiynində Kəpəz, Qoşqar boyda yük.

 Dədə Heydər-Atatürk. 

  Müasir poeziyamızda  Türk dünyasının ölməz oğulları -Atatürk və Heydər Əliyev obrazı bir arada poetikləşir. Qabilin “Dədə Heydər -Atatürk” başlıqlı şeirində Azərbaycan və türkiyə birliyindən bəhs edilir və hər iki qurucuların fəaliyyətləri poetik ifadədə yer alır:

  Dərin -mavi gözləri,

  Sakit yanan od-ocaq,

 Alovunda düşmənlər yanacaq,

  Kül olacaq.

  Qaranlıqlar işıqdır-

 O işığa yol açaq.

 Məsləki  varlığından,

Min qat böyükdür böyük-

 Böyüklüyün rəmzidir

 Dədə Heydər-Atatürk. 

Şairin hər iki dövlət başçısının gözərinin dərinliyi və rəngini sakit yanan ocağa bənzətməsi və bu sakit alovdan düşmənlərin yanaraq kül olması ifadəsi incə bir tapıntıdır. İşlənən ifadə olmasına baxmayaraq buradakı realliq oxucusunu da təsirləndirir. Müəllif  böyüklük rəmzi kimi hər iki sərkərdənin obrazını yarada bilir.

Qabil poeziyasında Heydər Əliyev obrazı dəfələrlə poetikləşmişdir. Onun poeziyasında Ulu Öndərə olan böyük və əvəzsiz sevgi “Ömür həbləri” romanına 16 misralıq  avtoqrafında da əksin tapmışdır. 1991-ci ildə ölkədə olan bəzi haqsızlıqları şeirə gətirərək, Ulu Öndərin böyüklüyünü və əvəzsiz qüdrətini poetikləşdirərək bəzi nadanlara təqdim etmişdir. Şair Ulu Öndərin 75-illik yubleyində  təbrik teleqramında  da Ulu Öndərin sənətə, sənətkara verdiyi qiyməti və dəyəri əks etdirməklə yanaşı Azərbaycan xalqının müzzəffər zəfər qazanmasında uzaqgörənlik nümayiş etdirmişdir:

 Əyilməz uca başın

Millətin yaraşığı.

Şanlı 75 yaşın

Qüdrətin yaraşığı.

Sənətə, sənətkara,

 Haq-sayın var olsun!

 Bənzə ulu dağlara, Zirvələrin qar olsun.

 Qoy sabahkı zəfərin,

  Müzəffər zəfər olsun! 

 Tarixdə dastan olan, iki dahini poeziyasında alqışlayan şairlərdən biri də Əlirza Həsrətdir,  şair  son zamanlar Qarabağ torpaqlarının azadlığı üçün yazdığı şeirlərdə Ulu Öndərin Azərbaycanın gələcəyi üçün gördüyü işlərin qalibiyyətimizdə rolundan bəhs edir:

   Tarixdə dastan olub iki dahi, iki ər,

   Biri öndər Atatürk, biri də dahi Heydər.

  Bizimlədir ədalət, bizimlədir bu hünər,

  Deməsinlər o torpaq qarı düşmən taxtıdır.

  Qrabağın işğaldan azad olmaq vaxtıdır. 

Ulu Öndərin qazandığı hər uğur, poeziyamızın ana mövzusuna çevrilmişdir. Ulu Öndərin obrazını hər zaman şairlərimiz dastan qəhrəmanlarımızla bir arada tutublar. 1998-ci ildə Ulu öndərin planetimizin siyasi xadimləri arasında “Dünyada ilin adamı” fəxri adına laiq görülməsi misralarımızın bəzəyi olmuşdur. Hüseyn Kürdoğlu “Min bir ilin adamı” başlıqlı şeirində Ulu Öndərin birinciliyini nəyinki   bir ilə min bir ilə sığışdığını ifadə edir:

Millətimin  ağ alnından parladı,

İstiqlalın qaya çapan fəryadı.

Qoy var olsun ustadların ustadı

 Bir il nədi, min bir ilin adamı,

 Bizim yurdun, bizim elin adamı. 

Əslində şair ürəyindən su içən və qələmi ilə portretləşən bu deyim Öndər sevənlər adından “Bir il nədi, min bir ilin adamı, bizim yurdun, bizim elin adamı”ifadəsində qürurverici hisləraşılanır. Bu Ulu Öndərə verilən ən gözəl poetik dəyərdir. Ulu Öndərin Ədəbiyyata və ədəbiyyat adamlarına ayırdığı zaman və qayğı hər zaman şairlərin yaradıcılığında yer almışdır. Bəxtiyar Vahabzadənin, Mirvarid  Dilbazinin, Fikrət Qocanın, Qabilin, Zəlimxan Yaqubun, Nəbi Xəzrinin,  Ramiz Məmmədzadənin, Vaqif  Bəhmənlinin, Xanım İsmayılqızının, Rafiq Yusifoğlunun, Şövkət Horovlunun, Sərvaz Hüseyinoğlunun, Əlirza Xələflinin və yüzlərcə şairin şeirlərində Ulu Öndərin dolğun və həmişəyaşar obrazını görmək olur. Xüsusilə Zəlimxan Yaqubun əsərlərində Ulu Öndər obrazını bütün tamlığı ilə təccəssüm edilir:

   Həqiqətə tapınan mərd insanın ömrüdü

    Sənin mübarək ömrün!!!

   Ən çətin sualların ən dürüst cavabıdı,

   Ulu Dədə Qorqudun abidə kitabıdı.

    Kaşğarlı Divanıdı,

    Koroğlu dastanıdı.

    Fələkləri yandıran Füzulinin  ahıdı.

    Xətainin çatdığı uca söz dəryasıdı.

    Hər açılan sabahın , nurlu danın ömrüdü

    Sənin mübarək ömrün!!! 

 Zəlimxan poeziyasında Ulu Öndərn həyatı və yaradıcığı zərrə-zərrə incələnir, ilməilmə hörülür. Onun əsərlərində Heydər obrazı o qədər dəqiq, real və tam şəkildə təcəssüm edilir ki, Ulu Öndəri  görməyən bir gənc belə onun haqqında tam təsurat əldə edə bilir. 

  Ulu Öndərin cismanı yoxluğu poeziyamızda yadda qalan, unudulmayan hislər yaratmışdır. Nəbi Xəzrinin, Fərqanə Mehdiyevanın, Ramiz Məmmədzadənin, Dayandur Sevginin, Eldar İsmayılın, Əli Rza Xələflinin və yüzlərcə poeziya nümunələrində ölməz Öndərimizə olan əvəzsiz sevgi və sədaqət hisslərini görə bilirik:

 Gedir çiynində öz millətinin,

Gedir son mənzilə, əbədiyyətə.

 Gedir dahi Öndər Heydər Əliyev,

O, nələr vermədi bu məmləkətə. 

 Bu illəər ərzində Ulu Öndərə həsr edilən şeirlər silsilə olaraq yazılmış və yazılmaqdadır. “Özün olmasan da əməllərin yaşayır” deyərək onun gördüyü işlər şeirimizin əbədi mövzusu olaraq yaranır və yaranmaqdadır: Rafiq Yusifoğlu səmimi duyğularını belə ifadə edir:

Çiçəklənən ölkəmiz

Gülüstana oxşayır

Özün olmasan belə

Əməllərin yaşayır. 

 Onu zaman seçib nə bəxtiyarıq,

Mətin addımlıdır, qartal baxışlı.

 İradəsi bütöv, məqsədi aydın,

 Tarixdi silinməz onun yaddaşı. 

Bir insan ömründən  söz açıram mən,

O Heydər ömrüdür sönməyəcəkdir.

 Canı tək sevdiyi milyonlar qəlbən,

Onun haqq yolundan dönməyəcəkdir. 

Ulu Öndərə həsr edilən şeirlər azalmadı. Onun gördüyü işlər zaman keçdikcə bu xalqın imdadına yetdi:

  Bilirəm ki, dünənimiz bu günün keçmişi deyil,

  Hər dövürdə bir şəxsiyyət tarixin vərdişi deyil,

   Bir ölkəni xilas etmək bir insanın işi deyil,

    Allah səni öz nurundan yaratmışdır, Heydər baba. 

Heydər Əliyevin açdığı böyük yol Azərbaycan xalqının illərdi addımladığı yol oldu. İllərlə Qarabağ savaşını sülhlə dindirməyə çalışan Ulu Öndər Azərbaycan ordusunu yenidən yaratdı, möhkəmlətdi və qalib ordu olması üçün istiqamətləndirdi. Gördüyü işlər sözdə deyil əmməllərdə yaşadı, getdiyi yol Azərbaycan xalqını zəfərlərə doğru istiqamətləndirdi. Zəfər yolumuz Heydər Əliyev yolundan  İlham Əliyevə ötrüldü:

  O, qurduğu rəşadətli ordumuz,

  Qarabağı yad əllərdən qurtardı!

  Azərbaycan xilaskarın yolunu

  İlham ilə zəfərlərə apardı!  

 Qarabağ torpağlarının azad edilməsində yüksəklərə qalxan Ali Baş Komandanın yumruğu Heydər Əliyev ideyasından güclənmiş, birləşmiş və yumruğa çevrilmişdi. Və bu çağırış neçə illik müdrükliyin, siyasətin, birliyin nəticəsi idi. Azərbaycan poeziyası  Qarabağ torpaqlarının azadlığı mövzusunda da Ulu Öndər ideyaların, Ulu Öndər yolun təcəssüm etdirdi. Nəriman Həsanzadə Şuşada Ali Baş Komandan İlham Əliyevin ata məzarı önündə fəxrlə dediyi kəlamları  poetikləşdirərək Heydər Əliyev ruhunun şad olmasını, Ali Baş Komandanın “Mən xoşbəxt oğulam ki. ata vəsiyyətin yerinə yetirmişəm!” ifadəsini Azərbaycan poeziyasının incisinə çevirdi:

Ulu Öndər “Şuşa”,- deyə

Nitq eyləyirdi,

-Vətən, ana həsrətidi,

Şuşa həsrəti.

Xoşbəxtəm ki, oğul İlham

Belə deyirdi:

Mən yerinə yetiirmişəm

Bu vəsiyyəti. 

Torpaqlarımızın azadlığı Ulu Öndərin ruhunu şad etdi. Onun ideyaları, arzu və Azərbaycana olan sevgisi oğlu, davamçısı -Ali Baş Komandan  İlham Əliyev cənablarının əməllərində yaşadı və poeziyamızın zirvəsinə həkk oldu. Bir ata ruhu o zaman şad olur ki, onun davamçısı olan övladına “sənə halaldır, sən oğulsan “-deyirlər:

  Bütün dünyanın dilində hünərini danışdııran,

Yatıb qalan beyinləri düşünməyə çalışdıran,

 Sən oğulsan!

Hamımızın ürəyinə ürəklə yol çəkdirmisən,

 Bizə əyri baxanları dizi üstə çökdürmüsən,

 Sən oğulsan!

 Tək deyilsən, Ordun da var, səni sevən Xalqın da var,

Qələbələrə aparan əzmin də var, andın da var,

  Sən oğulsan!

 Bu müqəddəs torpaqları alacağıq dedin-aldın,

 Düşmənləri yurdumuzdan qovacağıq dedin-qovdun,

 Sən Oğulsan! 

        Təhlilə cəlb edilən şeirlər bir daha  Ulu Öndərin Ədəəbiyyatımızda, xüsusilə  poeziyamızda yerinin, hörmət və segisinin əvəzsizliyini əks etdirir. Ulu Öndərin portireti, obrazı poeziyamızda real, səmimi və böyük məhəbbətlə təccəssüm edilmişdir. Ulu Öndər Ədəbiyyata, sözə, sənətə hər zaman böyük önəm verdiyi üçün söz , sənət adamları onu yaradıcılığına bu prizmadan yanaşmışlar. Apardığımız araşdırmalardan aydın olur ki, iyirminci əsrin sonlarından Ulu Öndər obrazı ədəbiyyatımızın ana mövzusu olaraq yer alır.

Əsirlər keçəcək müstəqilliyimiz,  azdlığımız uğrunda mübarizə aparan Ulu Öndər unudulmayacaq, yaddaşlara köçəcək, söz-söz, ilmə-ilmə ədəbiyyatımızın, poeziymızın incisinə çevriləcək.

 

SİZƏ MARAQLI OLA BİLƏR