Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İxtisaslaşma və təcrübə

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda orta məktəb şagirdlərinə Nizami yaradıcılığı ilə bağlı dərs keçilib

22-11-2017 [ 17:55 ] [ oxunub:437 ]
A+ | A-

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun (AMEA) elektron akt zalında Təhsil Nazirliyi tərəfindən elan olunmuş Təhsildə inkişaf və innovasiyalar 1-ci qrant müsabiqəsi çərçivəsində keçirilən “Gəzək, Görək, Öyrənək” adlı layihəsi ilə bağlı diskussiya dərsi keçilib. Dərs Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunub və “Şer sənətində Nizami Gəncəvi yaradıcılığı” adı altında təşkil olunub. Diskussiyada Göygöl rayonu orta məktəblərində təhsil alan şagirdlər iştirak ediblər.

Diskussiyada AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini prof. Əlizadə Əsgərli, Təhsil şöbəsinin müdiri sos.f.d. Samir Səttarov, Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslı və şöbənin digər əməkdaşları, Qədim dövr şöbəsinin müdiri prof. İmamverdi Həmidov və Nizami Gəncəvi yaradıcılığının tədqiqatçısı fil.f.d. dos. Hacı Siracəddin iştirak ediblər. Şagirdlərə Nizami Gəncəvinin həyatı və yaradıcılığı, fəlsəfi dünyagörüşü, milli mənsubiyyəti ilə bağlı ətraflı məlumatlar verilib. Şagirdlər onları maraqlandıran sualları mütəxəssislərə ünvanlayıb və dərs diskussiya formatında davam etdirilib.

Tədbirdən sonra məktəb şagirdlərinin özlərinin əl işi olan Nizami Gəncəvinin portretini İnstituta hədiyyə ediblər və alimlərlə birgə xatirə şəkli çəkdiriblər.

FOTO QALEREYA