Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Haqqında

printerA+ | A-

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı, Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, Türk xalqları ədəbiyyatı və Dünya ədəbiyyatı ixtisasları üzrə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantların və dissertantların elmi fəaliyyəti və təhsili həyata keçirilir.

Dünyanın bir sıra ölkəsində olduğu kimi, Azərbaycan Respublikasında da elm və təhsilin inteqrasiyası prosesinə uyğun olaraq, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda 2016-cı ildən etibarən magistratura təhsili həyata keçirilməkdədir.

Yüksək ixtisaslı kadrların hazırlığı ilə əlaqədar institutda ixtisasartırma, Filologiya (Ədəbiyyatşünaslıq) sahəsi üzrə təcrübələr təşkil olunur. Bu məqsədlə AMEA Nizami adına Ədəbiyyat İnstitutu ölkədə və xaricdə olan bir sıra elm və təhsil müəssisələri ilə əməkdaşlıq edir. Azərbaycan Respublikasının bir sıra ali təhsil müəssisələrindən tələbələrə və müəllimlərə yüksək səviyyəli təcrübə təşkil edir.