Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM. TƏHSİL

Ədəbiyyat İnstitutunda təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir

01-04-2024 [ 15:10 ] [ oxunub:335 ]
printerA+ | A-

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təhsil alan doktorant və dissertantlar üçün professor və alim heyəti tərəfindən hər həftənin IV günləri saat 16:00-da mühazirələr keçirilir. Doktorant və dissertantlarla yanaşı İnstitutumuzda təcrübə keçən ayrı-ayrı universitetlərin tələbələrinin də elmi biliklərini artırmaq məqsədilə həmin mühazirə və seminarlarda iştirakları təmin olunmuşdur. Mart ayı ərzində ümumilikdə 3 mühazirə keçirilmişdir.
07.03.2024-cü ildə saat 12:00-da fil.e.d., dos. Şahbaz Musayevin “Mirzə Fətəli Axundzadənin doğum tarixinə dair”, 14.03.2024-cü ildə fil.f.d., dos. Zəhra Allahverdiyevanın “Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında”, 28.03.2024-cü ildə fil.f.d., dos. Könül Hacıyevanın “İntibah dövrü Azərbaycan ədəbiyyatı və nümayəndələri” mövzusunda mühazirələri dinlənilmişdi.

XATIRLATMA


Doktorant və dissertantların marağını nəzərə alaraq

3.04.2024-cü il saat 11:00-da f.e.d. professor Tahirə Məmmədin “Bədii mətnin təhlili texnologiyası” mövzusunda əlavə seminarı təşkil olunacaq.
4.04.2024-cü il saat 16:00-da fil.f.d., dosent Aygün Bağırlının “Uşaq ədəbiyyatının müasir problemləri” mövzusunda mühazirəsi keçiriləcəkdir.
Doktorant və dissertantların iştirakı vacibdir!

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR