Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycanlı alim İndoneziyanın Cakarta şəhərindəki Kristen Universitetində məruzə ilə çıxış edib

12-06-2024 [ 12:31 ] [ oxunub:21 ]
printerA+ | A-
104663

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, elmlər doktoru Pərvanə Məmmədli İndoneziyanın Cakarta şəhərindəki Kristen Universitetində keçirilən XV Uluslararası Bilimsel Araştırmalar Konqresində məruzə ilə çıxış edib.

Tədbirə dünyanın 22 müxtəlif ölkəsindən məruzəçilər qatılıb.
Konqresdə Azərbaycan təmsilçisi Pərvanə Məmmədlinin “Vətənpərvər şair, istedadlı alim” mövzusunda məruzəsi dinlənilib. Alimin məruzəsi iştirakçılar tərəfindən hərarətlə qarşılanıb. Məruzənin mətni beynəlxalq indeksli “ UMTEB – XV Beynəlxalq Elmi Tədqiqatlar Konqresi” kitabında çap olunub.
P.Məmmədli Kristen Universiteti tərəfindən xüsusi sertifikatla təltif olunub.

SİZƏ MARAQLI OLA BİLƏR