Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan aliminin Uluslararası Çocuk Edebiyatı ve Eğitim Araştırmaları Dergisində (ÇEDAR) ingilis dilində məqaləsi çap olunmuşdur

05-06-2024 [ 12:16 ] [ oxunub:296 ]
printerA+ | A-
104640

Azərbaycan uşaq ədəbiyyatının inkişaf tarixi - İlhamə Ağazadə

Xülasə

Məqalədə Azərbaycan uşaq ədəbiyyatının inkişaf yolundan bəhs edilir. Tədqiqatlardan aydın görünür ki, uşaq ədəbiyyatının ilkin ünsürləri folklorumuzda yer almışdır. Toplanılıb tədqiq edilməyə baş­lan­dığı dö­nəm­dən bəri uşaq folklorunun hüdudlarını təyin et­mək ba­xı­mın­dan çoxsaylı elmi və həvəskar araşdırmalar, fərq­li yanaşmalar ya­ran­mışdır.

Uşaq ədəbiyyatının inkişafında şifahi bə­dii irslə yanaşı yazılı abi­dələr, klassik bədii irs də xüsusi əhə­miy­yət daşıyır. Ərəb-fars dilli klassik ədəbiyyatdan və anadilli poe­zi­ya­dan seç­mələr, aşıq yaradıcılığıdan didaktik-nəsihətamiz nümunələr uşaq və gənclər üçün oxu materialı ki­mi qəbul edilmişdir.

XII əsrin Azərbaycan şairlərindən Əfzələddin Xaqani, Ni­za­mi Gəncəvi folklordan məharətlə faydalanmış, milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, dünya ədəbiyyatına nadir nümunələr bəxş etmişlər. Xaqani və Nizaminin irəli sürdüyü zəngin fikir və düşüncələrin sonrakı dövrlərdə yaranmış uşaq əsərlərinə də böyük təsiri olmuşdur.

XIX əsrin sonları XX əsrin əvvəllərindən uşaq ədəbiyyatında daha mütəşəkkil fəaliyyət nəzərə çarpır, xalqın maariflənməsi və milli dirçəlişi uğrunda mücadilə sistemli xarakter alır. Mürəkkəb və ziddiyyətli olmasına baxmayaraq, bu dövrü daha məhsuldar hesab etmək olar. Maarif və mədəniyyət sahəsindəki yeniliklər ziyalıları, şair və yazıçıları folklorun həm təb­li­ği, həm də təd­qi­qi ilə məşğul olmağa ruhlandırırdı. Göründüyü kimi, Azərbaycan uşaq ədəbiyyatı bu dövrə qədər müstəqil bir yaradıcılıq sahəsi kimi deyil, ümumi ədəbiyyatın daxilində-şifahi xalq yaradıcılığı və yazılı ədəbiyyatla əlaqəli şəkildə inkişaf etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) istiqlal mövzusunun önə çıxması poeziyada özünüdərk və vətənpərvərliyin təşəkkülünə gətirib çıxartdı. Məhəmməd Hadi, Cəfər Cabbarlı, Əhməd Cavad, Hüseyn Cavidin yurda sevgi aşılayan əsərləri özünəməxsusluğu ilə seçilirdi, gənclərin gələcək yolunu təyin etməyə istiqamətlənirdi. Yeni dönəmdə (1920-1991) ədəbi sfreda da sovet dövlətinin diktə etdiyi ideyalar qabardıldı. Bu səpkidə ədəbi nümunələr yaranmağa başladı və uzun illər belə davam etdi. 1950-ci illərin ortalarından ictimai mühitdə başlanan nisbi yumuşalma ədəbiyyatda da əksini tapdı. Odur ki, tədqiqatçılar 1960-90-cı illəri tarixi yaddaşın bərpası, milli-mənəvi dəyərlərə və soykökə qayıdış illəri kimi səciyyələndirirlər. 1990-cı illərdən ədəbiyyatda tarixi mövzular müasir həyat həqiqətləri ilə qoşa bədii yaradıcılıqda yer alırdı. Bu dönəmlərdə yaranmış Azərbaycan uşaq şeirinin ideya-məzmunca yeni istiqamətdə inkişaf etməsinə baxmayaraq, XX əsrin əvvəllərində yaşayıb yaratmış yazarların yaradıcılığının təsiri aydın görünür.

https://dergipark.org.tr/tr/pub/chedar/issue/84879/1474850

SİZƏ MARAQLI OLA BİLƏR